19-cu əsrin böyük İngilis rəssamlarından olan Uilliam Holman Huntun, bir bağçanı nümayiş etdirən rəsm tablosu London Kral Akademiyasında sərgilənirdi.
Huntun "Kainatın İşığı" adını verdiyi bu tabloda, gecə əlində bir fənərlə bağçada dayanan filosof görünüşlü bir adam vardı.
Adam, o biri əliylə bir qapını vurur və içəridən sanki bir cavab gözləyirmişcəsinə dayanırdı. Tablonu araşdıran bir sənət tənqidçisi Hunta döndü "Gözəl bir tablodur doğrusu, amma mənasını heç cür qavraya bilmədim" dedi." "Adamın vurduğu qapı heç açılmayacaqmı?
Ona qapı dəstəyi çəkməyi unutmusunuz deyəsən…"
Hunt gülümsədi:
- Adam adi bir qapıya vurmur ki, - dedi və tablonun mənasını açıqladı.
- Bu qapı, insan qəlbini təsvir edir. Ancaq içəridən açıla bildiyi üçün xaricində dəstəyə ehtiyac yoxdur…
O qapı sizə içəridən açılmamışsa girə bilməzsiniz…