Qadin.NET / Sən olmasaydın əgər...

Sən olmasaydın əgər...

 

 

Sən olmasaydın əgər...

 

Ana olmasaydım əgər...bir qəlbin bütün həyatımı isidəcəyinə inanmayacaqdım. Əllərimin arasında itən o balaca əlləri tutmayacaqdım. Süd qoxan yanaqların dünyanın bütün ətirlərindən gözəl olduğunu bilməyəcəkdim. Bir insanın bu qədər qarşılıqsız sevildiyini anlamayacaqdım. 

Ana olmasaydım əgər... Bir insanın qaz çıxarmağı məni bu qədər xoşbəxt edə bilməyəcəkdir. 38.5 qızdırman məni də yandırıb qovurmayacaqdı. Mətbəxə keçib südü soyuducudan götürüb yerinə əmziyi qoyub qayıtmayacaqdım. 

Ana olmasaydım əgər... Üzüm çəyirdəklərini bir-bir çıxarıb bu işin ustası olmayacaqdım. Zooparka da yolum düşməyəcəkdi, heyvanları da bu qədər sevməyəcəkdim bəlkədə. Sən bir qaşıq artıq yemək yeyəsən deyə əlimdə boşqab bütün məhəlləni arxanca gəzməyəcəkdim. Uşaqlara qaynayıb qarışmağın üçün parkda 2-3 yaşlı uşaqlara qoşulub evcilik oynamayacaqdım. Məzun olduğun günün, Tələbə adının, Əsgər formanın, Bəylik tacının xəyallarıyla yaşamayacaqdım. 

Ana olmasaydım əgər...Adi həyatım davam edəcəkdi gecələri gec yatıb, səhərləri istədiyim vaxtda oyanacaqdım. Amma həyatım bu qədər maraqlı və rəngarəng olmayacaqdı. Sən olmasaydın əgər mən "ANA" olmayacaqdım. Hər körpə doğulanda bir ana doğulur...

12 mart 2011
GO BACK