Susmaq - bəzən iç dünyamıza qapılmaqdır.Bəzən paylaşmaq istədiyimizi qəlbimizdə gizli saxlamaqdır.Bəzən dilimizə gətirmək istədiklərimizi gözlərimizlə söyləməkdir.Bəzənmi ya çox vaxtmı?heç bəlli olmaz ki…Sıxıntılarımız o qədər çox olur ki,söyləməkdənsə susmağa üstünlük veririk.Qəlbimizlə dərdləşərik…”Kaş ki…bunu deyə bilsəydim”…”kaş ki…belə olsaydı”…hər zaman fikirlər və təəssüf dolu qəlb ağrıları…Bəzən söyləmək istədikdə susuruq,bəzənsə susmaq lazım olduqda söyləyirik.Sonra da görəsən zamanındamı dedim ya zamansızmı? deyə fikir edirik.
Nə suallarımız tükənir,nə də xəyallarımız.Qəlbimizdə paylaşmaq istəyib də paylaşmadığımız elə məqamlar olur ki, danışarkən hardan başlayıb,harda bitirək mövzunu heç özümüz də bilmirik.Bəzən kəmhövsələ oluruq.Və çıxış yolunu yalnız susmağımızda görürük.Bəzən gözlərimiz gülüb,daxilən acı çəksək də sadəcə təbəssüm edirik.İnsanlara sanki xoşbəxt olduğumuzu,özümüzü həmin an üçün əhval-ruhiyyədə hiss etdiyimizi anlatmağa çalışırıq.Daha dəqiq desək özümüzü aldadırıq.Amma nə yaxşı ki,susmağımızla ikinci “Mən”imizlə danışırıq.Hər şeyi onunla paylaşırıq.Hətta gözlərimizdən qəlbimizə axan göz yaşlarını belə…..
Niyə susursan? Çünki danışanda içim acıyır.Bəs siz hansı mövzudan danışanda içiniz acıyır və sadəcə susursunuz?