Qadin.NET / Ən çox görülən yuxular və mənaları

Ən çox görülən yuxular və mənaları

Hər gecə yatarkən bizə təzə dünyalar təqdim edən yuxulara dalarıq. Yuxuların qaynağı ilə bağlı bir ortaq nöqtəyə gəlinməsə də, hər kəs yuxuların insanın şəxsiyyətindən bir parça daşımaqla bərabər, şüuraltımız ilə birbaşa bağlantılı olduğunu yəqin ki, bilir. Ən çox görülən yuxuları və mənalarını sizin üçün paylaşmaq istəyirəm.

Aldadan sevgili

Mütəxəsislərin etdiyi ilk xəbərdarlıq bu məqamın ciddiyə alınması lazım olan bir kəhanət olmadığıdır. Bu sadəcə bir yuxudur və bunun həyatda reallaşmağı ehtimalı da yoxdur. Ola bilsin ki, həmin ərfələrdə münasibətlərinizdə çətinlik yaşamış olasınız deyə belə yuxular görürsünüz. Sadəcə unutmayın ki, hər şeyi düzəltmək sizin öz əlinizdədir.

Ən çox görülən yuxular və mənaları

Yıxılmaq

Mütəxəsislər bu anı şüuraltımızın qırmızı siqnal verməsi olaraq şərhləndirir. Ümumiliklə iş yerində,münasibətində ya da həyatının hər hansı bir məqamında sıxıntı yaşayan şəxslər yuxuda yıxıldıqlarını görə bilirlər.

Bir məşhurla tanış olmaq

Yuxuda görülən tanınmışın sahib olduğu bacarıqlar insanın dəyər verdiyi bacarıqlar olaraq şərhləndirilir. Bundan əlavə, mütəxəssislər bildirir ki, bu tip insanlar başqaları tərəfindən tanınmağa və məşhur olmağa meyllidirlər.  

Məktəbdə ya da işdə çılpaq qalmaq

Ümumi olaraq qəbul edilən açıqlama budur ki, bu yuxunu görən şəxs həssas və çətin bir dönəmdən keçir.Bu tip insanlar həmin an stress altında olduqları üçün və addım atarkən utanacaq, sıxılacaq və çəkinəcəklərini düşündükləri üçün həyəcanlı olurlar və nəticədə bu tip yuxular görə bilirlər. 

Ən çox görülən yuxular və mənaları

İdarəsi itirilmiş bir maşını sürmək

Bu tip yuxular onu göstərir ki, yuxunu görən şəxs hər hansısa bir cəmiyyətdə yetəri qədər söz sahibi deyil. Bundan əlavə onun bəzi pis vərdişləri var və bu tip problemlər də məhz elə bu vərdişlərdən qaynaqlanır. 

11 sentyabr 2014
GO BACK