Qadin.NET / Duyğu ya məntiq?!

Duyğu ya məntiq?!

Duyğu ya məntiq?!

Duyğu ya məntiq?!
İnsanın bir ağıl tərəfdən ,bir də duyğu tərəfdən var olduğunu bilirik.İnsan duyğusal bir varlıqdır.Qarşılaşdığı hadisələr qarşısında dəyişik duyğular yaşar.Bəzən ağlar,hirslənər,nifrət hissi duyar,qısqanclıq hissi  keçirər.Bəzən də sevinc,sevgi və ya xoşbəxtlik duyğusu ilə coşar.Bütün bunlar insanın  üzərində yaşadığı dünyanı tanıması və bu reallıq içində yaşamağı üçün gərəkli bir vəziyyətdir. Heç bir insan bu duyğusallığa  son verə bilməz.Bu yox edilməsi vacib olan bir  iş deyil.Ama bəzən duyğusallıq ələ alınan bir  şeydir.Bunu da insan ancaq ağılı və məntiqiylə həll edə bilər.Dediyimiz duyğusallıq bəzən sevgidən yaranan “Zəiflik”dir.Əyər bir insanı-nifrətləri,qısqanclıqları,hirsləri,sevgisizlikləri idarə edirsə bu vəziyyət o,insanı  ən diblərə apara bilər.Bəzən duyğularının əsiri olan insan vicdanının səsinə də qulaq asa bilməz.Doğru  davrana bilməz.Bəzən də elə olur ki,biri ilə dalaşırıq.Hadisədən bir az sonra özümüzün haqsız olduğunu bilirik.Ama üzr istəməyi özümüzə yaraşdırmırıq.Düşünürük ki,birdən bunu eləsəm onun qarşısında kiçilərəm.Beləcə vicdanın səsini də,məntiqi də,ağılı da susdurmuş oluruq.Ama bəzilərimiz də var,duyğuyla yox məntiqlə hərəkət edib,üzr istəməyi bacarırıq.İnsanın duyğularını ələ ala bilməməsi onu zamanla əsəb xəstəsinə çevirə bilər.Çünki əsəb xəstəliyi olan insanlar həddən  artıq duyğusal olurlar.Bunu aşmaq çətin olsa da bacarmaq lazımdır.Həyat elə çətin bir şeydir ki,bəzən bir qərar verərkən duyğunu bir tərəfə atıb,məntiqi işə salmaq lazımdır.Axı bu həyatda duyğuya yer yoxdur.

Bəs siz necə düşünürsünüz əziz xanımlar insan duyğuları ilə yoxsa məntiqi ilə hərəkət  etməlidir?

22 fevral 2011
GO BACK