Qadin.NET / Spenserin düşüncələri

Spenserin düşüncələri

Herbert Spenser 1820-ci ildə Derbydə doğulmuşdur. Atası Corc ənənələrə uyğun gəlməyən, anqlikan məzhəbinə bağlı olmayan bir müəllim idi. Atası da daxil olmaq üzrə bir çox ailə üzvü müəllim olan Spencer qırx yaşına qədər heç bir təhsil görməmişdir. Qəribə bir qürurla “Nə uşaqlığımda, nə də gəncliyimdə heç İngilis dili dərsi də almamışam, bu ana qədər qrammatika mövzusunda tək məlumatım yoxdur”, demişdir.
Sistematik bir təhsil almamasına, oxumağı çox sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir söyləmişdir və “təkamül” nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur. Əldə etdiyi böyük nailiyyətləri mükəmməl müşahidə qabiliyyətinə borcludur, birbaşa etdiyi müşahidələrlə minlərlə fikirini dəstəkləyəcək minlərlə faktı rahatlıqla tapmışdır. 
Herberts Spenser sosiologiyaya dair baxışlarını “Sosiologiyanın prinsipləri” əsərində ifadə etmişdir. Kontdan sonra Spenser sosiologiyanın elm kimi formalaşmasında əmək sərf edən ikinci mütəfəkkir idi. Amma onun baxışları Kontdan daha geniş əsaslandırılmış idi. Spenser təkamül filosofu idi. O, donuq metafizikadan imtina etmişdi və təbiətdə olduğu kimi biliklərin də təkamül keçirərək elmə və fəlsəfəyə çevrildiyinə inanırdı. Spenser dövrünün böyük ümumiləşdirici filosofu kimi xarakterizə olunur. Spenserin dövrü sənaye inqilabının sonuna təsadüf edir. Nyutonun cazibə qanunu, Boylun kimyadakı kəşfləri, Faradeyin dünyanı elektrikləşdirə bilən kəşflər etməsi, Rumfould və Coulun enerinin saxlanması və çevrilməsi qanunu kəşf etməsi elmləri mürəkkəbliyin yüksək zirvəsinə gətirib çıxarmışdı və belə bir dövrdə bu bilgilərin sintezinə ehtiyac var idi. Bütün bunlardan əlavə dövrün ən böyük kəşfi Darvinin təkamül  nəzəriyyəsi idi. Darvin belə bir nəzəriyyə irəli sürmüşdü ki, irsi təcrübənin istifadə olunmasından asılı olaraq sadə formalardan mürəkkəb formalara doğru inkişaf edir. Belə bir dövrdə bütün elm sahələrinin bir fəlsəfə ətrafında ümumiləşdirilməsinə ehtiyac var idi. Belə bir vəzifəni Spenser həyata keçirdi.  O, “İlkin prinsiplər” adlı əsərində ayrı-ayrı elm sahələrinin inkişafını izah etməyə çalışmışdı.
Spenserin düşüncələri
Spenser iddia edir ki, determinizm təbiətşünaslı və psixologiyada özünü doğruldursa, sosial fenomenlərin izahında da bu prinsiplərdən istifadə edilməlidir. Spenser sosiologiyanı xronoloji ardıcıllıqla təsvir olunmuş elm yox, insan tarixinin inkişaf xəttini öyrənən elm kimi qavrayırdı. O, tarixi sosiologiya üçün önəmli bir vasitə hesab edirdi. Cəmiyyət bir orqanizmdir, qidalanma, qan dövranı koordinasiya və yenidən yaratma üçün cəmiyyətində öz orqanları var. Sosial orqanizm də fərdi orqanizm kimi artır və inkişaf edir o bu inkişaf prosesində daha da mürəkkəb olur. Mürəkkəbləşdikcə onun  hissələri arasında qarşılıqlı asılılıq artır, onun həyatı hissələrinin həyatına nisbətən daha uzundur. Hər iki halda artan və yüksələn inteqrasiya mövcuddur və bu inteqrasiya müxtəlifcinsliliyin artımı ilə müşahidə olunur. Beləliklə, cəmiyyətin inkişafı təkamül düsturuna tabe olur.
Siyasi vahidin artımı ailədən, dövlətə və ittifaqa doğru təkamül edir. İqtisadi vahidin artımı sadə ev sənayesindən kartellərə və monopoliyalara doğru təkamül edir. Bütün bunlar, əlbəttə ki, inteqrasiya prosesini nümayiş etdirir. Eyni zamanda əmək bölgüsü, ixtisasların, sənətlərin çoxalması və şəhər iqtisadiyyatının kənd iqtisadiyyatı ilə, millətin millət ilə qarşılıqlı asılılığının artması differensasiyanın inkişafından xəbər verir.
Din
Spenser dinin yaranmasını da cəmiyyətin inkişafı ilə bağlayırdı. Dini differensasiyanın nəticəsi hesab edirdi. Spenserə görə ilk tanrılar yuxugörmələrin və qarabasmaların nəticəsində meydana gəlmişdir. Ruh sözü həm qarabasma, həm də tanrı mənasında işlədilə bilər. Tanrı insan beyninin məhsulu olaraq meydana gəlib və ona hökm edir. Bunun səbəbini Spenser differensasiyada görürdü. Oxşar fikirlərə Feyerbaxın özgələşmə nəzəriyyəsində də rast gəlmək olar.
Spenser həm də militarizmə qarşı çıxırdı. O, hərbi dövləti mütləq monarxiya üzərində qurulmuş, sinfi fərqləri artıran, kişilərin rolu hərbidə böyük olduğu üçün qadınları diskriminasiya edən, ibtidai cəmiyyətlərə xas biabırçılıq hesab edirdi. Yüksək sosial dövlətin mövcudluğu fundamental olaraq müharibənin kəsilməsindən asılıdır. Spenser belə düşünürdü.
Saleh Mehdizadə
Ömürlərini belə faydasız fikirlərə həsr edənlərin sayı isə, təəssüf ki, heç də az deyil.
14 sentyabr 2014
GO BACK