Qadin.NET / Kitab"sevər"lər

Kitab"sevər"lər

İndi elə bir zəmanədə yaşayırıq ki, istədiyimiz çox şeyi həmin anda olmasa da, rahatlıqla əldə edə bilirik. Texnologiyanın sürətlə inkişaf etdiyi əsrimizdə artıq kitablarımız da müasirləşib. İndi artıq vərəqləyərəq kitab oxumaq adəti öz yerini sensor ekranlara verib. Bir tərəfdən baxanda bu heç də pis deyil. Amma sağlamlığa müəyyən qədər də zərəri var. 

Kitab"sevər"lər

Cəmiyyətimizdə kitab oxumaq artıq dəbə düşüb. İndi şəhərdə, metroda, avtobusda kitab oxuyanları rahatlıqla görə bilirik. Elələrinə müraciətim var. Hər şeyin mədəniyyəti olduğu kimi kitab oxumağın da mədəniyyəti var. Mən nəqliyyat vasitələrində kitab oxumağın qəti əleyhinəyəm. Çünki bu, adamda göz təzyiqinin yaranmağına və gözlərin zəifləməyinə səbəb olur.
Kitabı dəb xatirinə deyil, daxili aləmi zənginləşdirmək üçün oxumaq lazımdır. Kitab oxuyarkən onu anlamaq lazımdır. Kitabı harada oldu, necə oldu, ətrafdakılara nümayiş etdirmək xatirinə oxumaq düzgün deyil.
İndi içimizdə özünə kitabsevər deyən kitabdan xəbərsiz gənclərimiz çoxdur. Ağızlarını açıb bir-iki kəlimə söz deyən kimi adam durub qaçmaq istəyir. Bir-iki kitab oxuyub deyə özlərini alim zənn edənlərə müəllifini unutduğum bu sözləri demək istəyirəm: Ay "kitabsevərlər", bilin ki, ağıllı olmaq üçün on kitab oxumaq kifayətdir, amma onları başa düşmək üçün minlərlə kitab oxumaq lazımdır. Özünü kitab həvəskarı kimi qələmə verərək hörmətə minmək istəyənlər cəmiyyətimizi rəzalətə sürükləyir. Elələri cahil insanlardan da təhlükəlidir.

Kitab"sevər"lər

Kitab oxumaq və oxuduğunu sevərək oxumaq, dərk etmək torpaq altında nəfəs almaq kimidir. Düşünürsünüz ki, bu mümkün deyil? Mümkünatı olmayan heç nə yoxdur.
Ay analar, hələ körpəliyindən uşaqlarınıza kitaba sevgi aşılayın. Qoyun, onlarda ta uşaqlıqdan kitaba hərislik yaransın. 
Ən zəngin insan pul qabısı dolu olan deyil, beyni dolu olandır. Kitab insabların təfəkkürünü, fantaziyasını zənginləşdirir. Uşaqları yaradıcı təfəkkürdən məhrum etməyin. 
Rəflərə "kitabım olsun" deyə boşuna kitablar alıb doldurmaqla deyil. Beyninizdə yaradın o kitab rəflərini.
Gənc kitabsevərlərimizin etdiyi bir səhv də var: başqa dildə kitab oxumaq.
Ay canım, gözüm, axı bizim gözəl yazıçılarımız, gözəl əsərlərimiz var. Niyə onları qoyub o saat xarici dildəki ədəbiyyata qaçırsınız ki? Daha gözəl olar ki, əvvəlcə öz ədəbiyyatımızın inciləri mənimsənilsin. Ən əsas da yeni yazanlaradır bu sözüm. Son zamanlarda, həqiqətən də, istedadlı, gənc həvəskar yazıçılarımız var. Çox gözəl bir potensiala malik gənclər olmaqlarına baxmayaraq yazdıqları əsərləri oxuyanda adam təəssüf hissi keçirir. 

Kitab"sevər"lər

Bu gənclərin çoxu xarici (əsasən də Türkiyə türkcəsində) dillərdə o qədər çox bədii əsər oxuyurlar ki, bu, onların yazılarına da sirayət edir və nəticədə gözəl dilimizi öz yazılarında cılızlaşdırırlar.
Kitablar M.Ə.Sabir üçün ilk dost, Şekspir üçün böyük bir krallıq, Herrick üçün əbədi olaraq solmayacaq bir bitki, M.Qorki üçün bilik mənbəyi, Dekart üçün keçmiş əsrlərin ağıllı adamları ilə söhbət, mənim üçün isə yeni bir ecazkar, heyrətamiz dünyadır. Bəs ey əsl kitabsevərlər, sizin üçün kitab nədir?

15 avqust 2014
GO BACK