Qadin.NET / Uşaqların ağladığı qara bayram

Uşaqların ağladığı qara bayram

"Qara bayram" -  heç istəməzdim belə bir ürək sıxan adla xəbər hazırlayım. Bayram əhval-ruhiyyəsinin pozulmasını istəməyənlər - xəbərdən yan keçin. Amma səbr edib oxusanız haqq verəcəksizniz İnşallah.

Daha bir Ramazan ayını geridə qoyduq, ya da O bizi geridə qoydu. Yaradanın daha bir rəhmət süfrəsinə qonaq olduq, ya da olmağa çalışdıq, hər kəs bacardığı qədər. Bilindiyi kimi Ramazan ayının bitməsi səbəbiylə ay boyu ouruc tutanların  bayramıdır Ramazan bayramı. "Mən üzrlü səbəbdən tuta bilmədim - mənim bayramım deyilmi?" - deyən bacım, qardaşım, oruc tutmaq sadəcə mədənin boş qalması deyil ki, fiziki sağlamlıq imkan vermirsə, sadəcə mədə oruc tutmayacaq. Amma gözlər, əllər, dil - bunlar ki, oruc tuta bilər. Əslində sadəcə mədəsi oruc tutan bacım, qardaşım, orucun nə dərəcədə məqbuldur - Allaha qalmış...

 Uşaqların ağladığı qara bayram

Bayram əhval-ruhiyyəniz necədir? On ballıq şkalayla desək neçə bala uyğun gələr? Və ya neçə bala uyğun gəlməlidir? Deyimmi? O şkalanın göstəricisinin bir göstərməsi yetərlidir. Niyəmi? Çünki Ramazan bayramını əsil müsəlmanlar qeyd edər. Əsil müsəlmanın isə qonşusu ac ikən rahat olmaması lazımdır. Bəs, qonşusu öldürülürkən rahat yatan necə, müsəlmandırmı? "Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar." (Hucurat 10) buyurur Allah (c.c). Qardaşı ölənin bayramı qara olmazmı? Dəccal bombasının yerlə yeksan etdiyi dağıntılar altından görünən körpə əllər - ananın daşa dönmüş sinəsinəmi uzanırsınız? Anasını axtarmaqdan əldən düşmüş qızcşığaz - saçlarını kim darayıb hörəcək? Axı sən mənim balam ola bilərdin. Axı sənin anan mən ola bilərdim... Kimdir bu səhnələrin günahkarı? "Yox, yox, biz deyilik, onlardır, kafirlər!" Bu qərar vicdanının başına necə də tumar çəkir...

Uşaqların ağladığı qara bayram

Heç düşündünmü niyə müsəlman ölkələrində qanlar tökülür? Heç soruşdunmu niyə "Allah" deyən, "Allah" deyəni öldürür? Əlbəttə soruşdun. Əminəm ki, cavabını da bilirsən. Birlik yoxdur çünki. Bir xristian və ya yəhudi qanı töküldü deyə, birləşib minlərlərlə müsəlman qanı tökür dəccal əsgəri. Bəs sən niyə susursan ey vicdanım? Tək əldən səs çıxmaz deyirsən, doğrudur. Bəs səsini  çıxarmasan necə çoxalarsan? 

Hər kəs öhdəsinə düşəni etməlidir, ən azından öz vicdanı qarşısında üzüqara olmamaq üçün. Hz.İbrahimin odunu söndürməyə tələsən qarışqa qədər də olmayaqmı?.. Diget indi, bayramını qeyd et, vicdanım, uşaqların ağladığı qara bayramı... Mənim müsəlman bacılarım, qardaşlarım, mənim körpələrim, bağışlayın, bağışlayın ki, vicdanımı susdurmaqda mahirəm... 

Qardaşımın evini yıxan kafir bombası, səndən də utanıram. Utanıram ki, birdən mənə gülərsən, "Qardaşının evini dağıtmışam, sənsə bayram edirsən!" deməyindən utanıram... Bayram sənin bayramın imiş, kafir bombası...

Məqalə üçün şəkillər axtrarakən elə səhnələrə rast gəldim ki... İstəyənlər baxa bilər, bircəsi bura üçün yetər deyə düşündüm.

Bayram əhval-ruhiyyənizi pozdumsa - haqqınızı halal edin. Bir gün uşaqların güləcəyi bayramı qeyd etmək ümidiylə... 

Uşaqların ağladığı qara bayram
29 iyul 2014
GO BACK