Qadin.NET / Uşağa adı kim qoymalıdır?

Uşağa adı kim qoymalıdır?

Uşağa adı kim qoymalıdır?

Ailə təməlinin  möhkəmlənməsində uşağın dünyaya gəlişi böyük rol oynayır. Bu gəliş gənc ailəyə hədsiz sevinc gətirir. Lakin ad qoymaq məsələsində çox vaxt gənc analar məyusluğa düçar olurlar. Adətən, uşağa ad qoyulması haqqı ata tərəfə verilir, onlar da ananın heç bir arzusunu nəzərə almadan uşağa istədikləri adı qoyurlar, bu da çox vaxt ananın ürəyincə olmur, bunu biruzə verəndə isə böyük qalmaqal  qopur, kəskin narazılıq yaranır. Elə ailə var ki, gəlin qızına qaynananın adını qoymadığına görə, baxmayaraq , üçüncü uşaq dünyaya gəlib, hələ də qaynana gəlinlə küsülüdür.

Sevimli peyğəmbərimiz  Məhəmməd(s.ə.s) buyurmuşdu ki, uşaqlarınıza gözəl adlar qoyun. Çoz təəssüf ki, bir çox ailələrdə valideynlər bu gözəl hissdən məhrum olurlar, uşaqlarına arzuladıqları adı qoya bilmirlər. Burada isə haqqı tapdanan ən çox ana olur. Aydın məsələdir ki, uşağın üstündə ananın haqqı daha çoxdur. Onu min bir əziyyətlə dünyaya gətirən, böyüdüb boya başa çatdıran, tərbiyə verən məhz anadır. Uşaqla ünsiyyətdə ən çox ana olur, bu o deməkdir ki, onun adını da ən çox ana çağırır.

Bəs belə isə nəyə görə ad qoyma məsələsində ananın istəkləri nəzərə alınmır? Bu, anaya qarşı haqsızlıq deyilmi?Əziz qadınlar, bəs siz necə düşünürsünüz uşağa adı kim qoymalıdır?

19 fevral 2011
GO BACK