Qadin.NET / Onlarsız necə olar?

Onlarsız necə olar?

 

Biz qadınlar adətən bir yerə yığışanda salam-sağoldan sonra söhbəti kişilərdən salırıq.Özü də həmişə onların bədinə danışırıq.Elə bil bəhsə giririk kim  daha çox danışır.Kimi deyir mənimki evə pul vermir,kimi deyir mənimki məni aldadır ,kimi deyir mənimki içir və sair və ilaxır.

Doğurdanmı bütün kişilər elədi, doğurdanmı olnarla yaşamaq bu qədər çətindi?Gəlin fikirləşək kişilər olmasa necə olardı?Onlarsız necə yaşayardıq?Tutaq ki, Amazonda yaşayırıq tək özümüz, onlarsız .Necə edərdik?Onlarsız çətinliklərdən necə keçərdik?Birimizə kimsə bir söz deyəndə o dəqiqə ,atama deyərəm,qardaşıma deyərəm ,ərimə deyərəm deyə ürəyimizdən keçiririk.Bir çətinliyimiz olanda, yanımda bir kişi olsaydı, bu qədər çətin olmazdı deyə ürəyimizdən keçiririk.

Bəlkə hərdən onların yaxşı tərəfini də fikirləşək .Bəlkə fikirləşək ki,biz isti evdə rahat oturub onlardan qeybət qırarkən ,onlar,ayazda şaxtada bizim üçün çalışırlar.Çalışırlar ki, biz yaxşı geyinək,yaxşı yeyək ,başqalarının yanında özümüzü pis hiss etməyək.Hər qadının ehtiyacı var,qüvvətli kişi qoluna ,kişi nəfəsinə .Nə qədər onlardan incisək belə bircə dəfə qabarlı əlini saçımıza çəkəndə unuduruq umu –küsünü .Gəlin gündə bircə dəfə deyəyin Allahım heç kimin evini kişisiz eləmə ,heç ananı oğulsuz,heç bacını qardaşsız, heç qadını ərsiz qoyma .

Bəlkə düz demirəm?

16 fevral 2011
GO BACK