Uşaqlıq vaxtımız nə gözəldi,həyəcan verici bir-birindən gözəl, çoxlu oyun oynardıq.Onda böyüməyi necə istəyirdik.Böyümək sanki yaxşi bir şey kimi....Amma indi daha yaxşı başa düşürəm ki,uşaqlıq daha yaxşı idi.Heç kimdən pislik görmürdük.Onda özümüzə məxsus öz dünyamız vardı.Adi pay verilən bir oyuncaq bizim o balaca dünyamızda böyük bir sevincə çevrilirdi.
Amma indi böyüməyin o qədər də yaxşı şey olmadığını görürəm.Böyüdükcə özümüzə divarlar hörürük.Onda bir dəfə ağlasaq bizim olurdu hər şey.Nə gözəl,nə məsum,nə təmiz idi hər şey.İndi günlərcə ağlasaq da artıq bəzi şəylər başqalarınındır.Niyə görəsən insan elə uşaq qalmır, ya da böyüyək ruhumuz uşaq qalsın.
Kiçik yaşımızda,kiçik dünyamızda böyük xəyallarımızla yaşayırdıq.Ən böyük qəhrəman özümüz idik.Böyümək istərkən nə çox divarlara dəydik,nə çox yerlərə yıxıldıq.Yıxıla –dura uşaqlıqdan böyüməyə bir addım atdıq .Bəziləri uşaq yaşında böyüyür,uşaqlıq xatirəsini soruşsan bəlkə də bir cümlə qurub deyə bilməz.Onlar üçünsə uşaqlıq dibi görünməyən bir quyudur.Mən indi elə arzulayıram ki,kaş uşaq olaydım.
Bəs siz əziz xanımlar necə düşünürsüz,böyümək yaxşıdı ya uşaqlıq?