Qadin.NET / Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)

Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)


P.Günəş nədir?

A.Kürənin şəfəqlənməsi,göylərin yaraşığı,təbiətin xoşbəxtliyi,gündüzün şərəfi,saatları nizamlayan.

P.Ay nədir?

A.Gecənin gözü,şehləri verən,pis havanın xəbərçisi.

P.Ulduzlar nədir?

A.Göyün təmtəraqlığı,dənizçilərin istiqamətləndiricisi,gecənin gözəlliyi.

P.Yağış nədir?

A.Torpağın məhsul doğulması ilə başa çatan mayalanması.

P.Duman nədir?

A.Günün ortasında gecə,gözə ağırlıq.

P.Külək nədir?

A.Havanı,suyu hərəkətə gətirən və torpağın qurudan dalğalanması.

P.Torpaq nədir?

A.Doğulanların anası,canlıları yemləyən,həyatın hücrəsi,hər şeyi unudan.

P.Su nədir?

A.Həyatın dirəyi,çirkabın yuyulması.

P.Qar nədir?

A.Quru su.

P.Qış nədir?

A.Yayın sürgünü.

P.Yaz nədir?

A.Yerin rəssamı.

P.Yay nədir?

A.Yerin geyindirilməsi və meyvələrin dəyməsi(yetişməsi)

P.Payız nədir?

A.İlin həyat mənbəyi.

P.İl nədir?

A.Dünyanın arabası.

P.Onu aparan kimdir?

A.Gecə və gündüz,soyuq və isti

P.Onun arabaçıları kimdir?

A.Günəş və ay.

P.Onların neçə sarayı var?

A.On iki.

Son!!!

 

 

4 mart 2011
GO BACK