Qadin.NET / Sen Qallen rahibinin əsərindən 2-ci hissə

Sen Qallen rahibinin əsərindən 2-ci hissə

 

 

P.İnsanın azadlığını nə təşkil edir?

A.Günahsızlıq.

P.Baş nədir?

A.Bədənin zirvəsi.

P.Bədən nədir?

A.Ruhun mənzili.

P.Tüklər nədir?

A.Başın paltarı.

P.Saqqal nədir?

A.Cinslərin fərqi və yetkin yaşın şərəfi

P.Beyin nədir?

A.Yaddaşın keşikçisi.

P.Gözlər nədir?

A.Bədənin rəhbərləri,işıq qabı,ürəyin güzgüsü.

P.Burun deşiyi nədir?

A.Qoxunun bələdçisi.

P.Qulaqlar nədir?

A.Səsləri yığan.

P.Alın nədir?

A.Qəlbin sürəti.

P.Ağız nədir?

A.Bədənin qidalandırıcısı.

P.Dişlər nədir?

A.Dəyirman daşları.

17 fevral 2011
GO BACK