1.Lalə,Güllü,Cəmilə və Qərənfil 4 bacıdırlar.Lalə Qərənfildən kiçikdir.Güllü də Qərənfildən kiçikdir.Cəmilə Lalədən də kiçikdir,lakin bacıların ən kiçiyi deyil.
Bacıların adlarını böyükdən kiçiyə ardıcıl yazın.
2.Tofiq istirahət evində 5 qardaşla tanış olur.Onlar özlərini təqdim edirlər:
-Mənim adım Kərimdir.Mən Ayazdan 2 yaş böyüyəm,Toğruldan isə 2 yaş kiçiyəm.
-Mənim adım Elmandır.Ayazla əkizəm
-Mən Toğrulam.Gələn il mənim 12 yaşım tamam olacaq.
-Mən Şahinəm,qardaşların ən böyüyüyəm.Ən kiçik qardaşımla yeddi il fərq var.
Qardaşların yaşını tapın.