Qadin.NET / Zaman gedir, tələs

Zaman gedir, tələs

Zaman gedir, tələs

İnsan yaşa dolduqca, qocaldıqca, yaxud da həyatın çətinliklərini gördükcə bu həyatın vəfasızlığına, bu həyatın fani olmasına daha çox əmin olur. Mən hərdən düşünürəm ki, bu həyat qatarda yolçuluğa bənzəyir, sürətlə gedən bir qatarda olan yolçuluğa... Bu qatar bəzən dayanır - artıq düşmək zamanı çatanların dayanacağında... Kimisi düşür, kimisi də yeni sərnişin olur bu qatara... Beləcə, gedir, gedir bu qatar.
Gediləcək bir yolun varsa, sona bıraxma...Bir sözün varsa, heç susma...
Görməyin lazımdırsa birini, get yanına... Oxşaman gərəkən bir ürək, bir saç varsa, əsirgəmə əlini... Həyat çox zalımdır. Elə bir an gələr ki, əlini, gözünü, yolunu, ürəyini alar səndən... O zaman istəsən də toxuna, görə, gedə, söyləyə bilməzsən! Həyat çox qısadır və sən bu qısa yolda tələs... Sənə ehtiyacı olanlara tələs! Sənin bir gəlişini səbirsizliklə gözləyənlərə tələs! Nə olar, tələs, zaman gedir. Deyirlər  ki, zaman ən ədalətli hakimdir, ən yaxsı həkimdir və bir də deyirlər ki, o, həyatda insana cox seyi unutdurur. Düzdür, coxlari axırıncı fikirlə razılasmayaraq bunu insanların öz unutqanlıqlarına bəraət qazandırmaq üçün özlərinə verdikləri təsəlliyə bənzədirlər. Mən isə belə duşunurəm ki, zaman sadəcə insanın ətrafa olan baxıslarini dəyişir. Yəni bir neçə il əvvəl hər hansı hadisəyə olan reaksiya sonradan insanda əvvəlki hissləri oyatmır.

Zaman gedir, tələs

Zaman ağrıkəsici dərman kimidir, ağrını azalda bilir, amma səbəbini müalicə edə bilmir. Deməli, heç nəyi unutdura bilmir. Sadəcə alışdıır... Acıları çəkməyə alışdırır... Əslində hər şeyin zamana ehtiyacı var, zamanın isə bizə... Hərdən "Kaş ki, bəzi hadisələri unutmaq olsaydı" deyəcəkdim, amma unutmasaq yaxşıdır deyirəm. Çünkü həyatımızdakı hadisələri unutmamaq bizə çox vaxt doğru seçim etməkdə kömək edən başlica amillərdən biridir.
Elə isə əziz oxucu, sən tələs. Bu tələsən zaman qatarında sən tələs... Yol qısa, zaman azdır... Bu həyatda sən küsdürdüklərinlə hallalığa tələs. Səni küsdürənlərin isə vicdanlarını öz yaxşı halınla tərbiyələndir, sən get onunla barışmağa, yaxud da qoy səndən üzr istəsinlər. Çünkü zaman qısadır. Bilmirik, bəlkə bizim də yolçuluğumuzun son vaxtlarıdır. Dayanacağa çatmaq üzrəyik... Tələs... İnsanlara gülümsəməyə tələs... Küskün könülləri barışdırmağa tələs... Tələs, çünki zaman səndən də çox tələsir.

 

Xuraman Nuru

6 iyul 2014
GO BACK