Qadin.NET / Sen Qallen rahibinin əsərindən 1-ci hissə

Sen Qallen rahibinin əsərindən 1-ci hissə

 

Sen Qallen rahibinin əsərindən 1-ci hissə

 

Alkuinin şagirdi Pipinə verdiyi dərslərdən birinin yazısı(790-cı ilə yaxın).Alkuin Böyük Karlın oğlu Pipinin müəllimi.Böyük Karl onu yüksək qiymətləndirir,öz müəllimi hesab edirdi.

Pipin;Hərf nədir?

Alkuin;Tarixin keşikçisi.

P.Söz nədir?

A.Qəlbin xaini.

P.Sözü doğuran nədir?

A.Dil.

P.Dil nədir?

A.Havadan gələn bəla.

P.Hava nədir?

A.Həyatı saxlayan.

P.Həyat nədir?

A.Xoşbəxtlər üçün sevinc,bədbəxtlər üçün dərd,ölümü gözləmək.

P.Ölüm nədir?

A.Naməlum şərait,naməlum yol,sağ qalanlar üçün göz yaşı,vəsiyyətlərin yerinə yetirilməsi,insan üçün yol kəsən.

P.İnsan nədir?

A.Qocalığın qulu,yolkeçən yolçu,öz evində qonaq.

P.İnsan kimə oxşayır?

A.Şara.

P.İnsan necə yerləşib?

A.Küləkdə çıraq kimi.

P.O nə ilə əhatə olunub?

A.6 divarla.

P.Hansıladır onlar?

A.Yuxarıdan,aşağıdan,qabaqdan,daldan,sağdan,soldan.

P.Onda neçə dəyişiklik olur?

A.6

P.Onlar hansılardır?

A.Aclıq və toxluq,istirahət və əmək,ayıqlıq və yuxu.

P.Yuxu nədir?

A.Ölümün sürəti.

10 fevral 2011
GO BACK