Qadin.NET / Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?

Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?

 

Övladlığa götürülən uşaqlar valideyn  məhəbbətini görürlərmi?

 

Ailənin  təməli  möhkəmlənməsinin əsas amillərindən biri də övladdır. Övlad sevgisi  dünyada  ən gözəl sevgidir bunu  Allah hər kəsə nəsib etmir. Bəzi ailələr illərlə övlad  həsrəti ilə alışıb yanırlar,  amma nə etmək olar Allahin  yazısı,  neyləmək olar ki, bu hissi hər kəsə  daddırmır.Bəzi ailələrsə ,  heç nə fikirləşmədən uşaqları  dunyaya gələn kimi ya  yetimxanalara qoyurlar ya da  kiminsə həyətinə qoyub qaçırlar ki, belə uşaqlarınsa  aqibəti hər zaman  yaxşı olmur. Bəzən  ac  küçə itləri tərəfindən  parçalanır, bəzənsə  elə atıldıqları yerdə  cansız bədənlərinə rast gəlinir.  Bizim millətimizin bir  xasiyyəti vardir ki,  özgə uşagından mənə övlad olmaz deyib,  illərlə uşaq sevgisindən məhrum olmağı üstün tuturlar. Mən  xarici bir  film  seyr edirdim. Orda uşağı olmayan gənc ailə övladlığa uşaq götürürlər və onlar öz  sevgilərini uşağa o qədər göstərirlər ki,  dəcəl uşağı çok sakit bir  uşaq halına gətirirlər. Bizdə isə  övladlığa götrülən  uşaqlara cox da  müsbət münasibət bəsləmirlər. Onlara  əziyyət edirlər,  o hala  gətirirlər ki, uşaq evdən  qaçır.Bəs görəsən belə insanlar  heç ıdüşünmürlər ki,  uşağa əziyyət etmək  cəhənnəm odunda yanmaq kimidir? İnsan öz bətnindən çıxan övlada bəslədiyi münasibəti ,sevgini niyə  başqa uşağa verə bilmir? O, uşağın günahı nədir ki, ata ,anası tərəfində  atılıb və  bu sevgidən məhrumdur, ona görə uşaqmı cəzalanmalıdır? Əziz xanımlarımız, hər birimiz  bir anayıq, bəs niyə görə övladlığa götrülən uşaqlara ana məhəbbətini  aşılaya bilmirik?  Sizcə  övladlığa götrülən uşaqlar valideyn məhəbbətini görürlərmi? Sizcə bir yetimin üzünü güldürmək min savab qazanmaq deyilmi?

29 yanvar 2011
GO BACK