Qadin.NET / Qaçma və ya qaçırılma hadisəsinə baxış

Qaçma və ya qaçırılma hadisəsinə baxış

 



Yəqin ki,ətrafınızdan tez-tez olmasa da arada-sırada eşidərsiz."Filankəsin qızı qaçıb və ya qaçırılıb."

Ulu əcdadımız Oğuz türklərinin qədim "qızqaçırma" adətinin uzaq əks-sədası, bir növ onun yamsılanması olan "qızqaçırma" adəti bu gün də davam etməkdədir.

Qaçma və qaçırma hadisəsi fərqlidir. Əgər qızın da oğlanda könlü varsa və boxçasını hazırlayıb oğlanın özünü qaçırmasını gözləyirsə, bu "qaçmadır". Əgər qızı verməmişlər və qızın da çox könlü yoxsa, oğlan, bəzən qohum və ya dostlarının da köməyi ilə qızı qaçırır. Buna da "qaçırma" deyirlər.
Qaçma hadisəsi müxtəlif səbəblərə bağ­lanır. Qızın da oğlanda könlü olması, əv­vəlcə görüşüb razılaşmaları qaçma üçün bi­r səbəbdir. Ancaq bu vəziyyət ailələr arasında düşmənçiliyin, hətta bir qan iddiasının başlamasına səbəb ola bi­lir. Qaçan qız ata evinə geri gətirilməz, belə qızlar üçün ni­şan də edilə bilməz.Bəzi ailələrdə imkansızlıq səbəbindən qızlarının qaçırılmasına zəmin hazırlayırlar. Qaçma və qa­çırılma hadisəsi toy və s. xərclərini də ortadan qaldırdığından iki tərəf üçün də əlverişli olur.

Qız, ya da oğlanın ata-anasının bu nigaha qəti etiraz etməsi və ya cavanların başqa-başqa zümrələrə, fərqli məzhəblərə (şiə-sünni) mənsub olması, yaxud bir evin varlı, o birisinin kasıb olması və yaxud qız evinin oğlangildən həddindən çox başlıq tələb etməsi və buna oxşar amillər ənənəvi nigahın heç zaman baş tutmayacağını aydın göstərəndə, oğlan qızı götürüb qaçırmaq məcburiyyəti qarşısında qalır.


Qaçma və ya qaçırılma haqqında milli saytlarımızda yetərincə məqalələr dərc olunub,bəzilərinə görə bu cinayətdir,bəzilərinə görə keçmiş adətlərin davamıdır,bəzilərinə görə günahdır və s.

 

Sual:XXI əsrdə Azərbaycan cəmiyyətində qızın qaçma və ya qaçırılması hadisəsinə necə baxırsınız?Sizcə bu adət və ya hadisə deyək,davam etməlidirmi,buna gərək varmı?

 




 

25 yanvar 2011
GO BACK