1.''Əgər bütün hücumlara cavab verməyə qalxsaydım, hər şeylə vidalaşmaq məcburiyyətində qalardım. Əlimdən gələni, doğru bildiyimi edirəm; sonsuza qədər də edəcəyəm. Doğruya çatsam deyilənlərin əhəmiyyəti qalmaz. Səhv etsəm, on mələk haqlı olduğumu söyləsə də fərqi olmaz.''
Haqsız bir tənqid ilə qarşılaşdığınızda bunu ağılımızdan çıxarmayaq:
''Əlinizdən gələni edin; sonra çətirinizi açın və tənqid yağışının çiyninizdən içəri süzülməsinə əngəl olun.''
Lincoln
_______________________________________________________________________________
2.Hücuma uğrayıb tənqid olunduğunuzda, bunu edənin, özünü önəmli biri sanaraq böyük kef aldığı üçün etdiyini ağılınızdan çıxarmayın. Əksəriyyətlə tənqidin səbəbi diqqəti çəkəcək qədər böyük iş bacarmanızdır.
Bir çox adamlar özündən daha yaxşı təhsil almış və ya daha müvəffəqiyyətli olan birini günahlandırıb tənqid edərək bundan qəribə bir ləzzət alırlar.
Dale Carnegıe
_______________________________________________________________________________
3.Ağlamaq üçün gözdən yaşmı axmalı?
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı?
Çirkin bədəndəki gözəl bir ruh ürəyi ovsunlamazmı?
Həsrət; çəkilənindən uzaqda qalmaqmı?
Həsrəti çəkilən yanındaykən hicran olmazmı?
Oğurluq pul-mal oğurlamaqmı?
Səadət oğurlayan oğru olmazmı?
Solması üçün gülü budağındanmı qoparmalı?
Çəhrayı qönçə ikən gül budaqda solmazmı?
Öldürmək üçün silah, xəncərmi gərək?
Saçlar ip, gözlər silah, gülüş güllə olmazmı?
Viktor Hüqo
_______________________________________________________________________________
4.Sizə bir insanın həyat hekayəsini danışım.
Bu insan:
21 yaşında işində müvəffəqiyyətsiz olmuş,
22 yaşında bir qanun seçkisini uduzmuş,
24 yaşında təkrar işində müvəffəqiyyətsiz olmuş,
26 yaşında xanımı vəfat etmiş,
27 yaşında ruhi böhrana girmiş,
34 yaşında konqres seçkilərini uduzmuş,
36 yaşında təkrar konqres seçkilərini uduzmuş,
45 yaşında senat seçkilərini uduzmuş,
47 yaşında başçı köməkçisi seçkilərini uduzmuş,
49 yaşında təkrar senat seçkilərini uduzmuş,
52 yaşında Amerika Birləşmiş Dövlətlərinə başçı seçilmiş,
və bu insanın adı da Abraham Lincolndur. Əgər o, bu hadisələri müvəffəqiyyətsizlik olaraq xarakterizə etsəydi, görəsən başçı ola bilərdimi ?