Qadin.NET / Özünü tanıma

Özünü tanıma

Özünü tanıma

Özünü tanımaq ilk öncə insanın psixoloji və fiziki cəhətdən özündə olanları bilməsi və bunları doğru dəyərləndirməsidir. İnsan gərək nə istədiyini,duyğularını,düşüncələrini,məqsədlərini,bacarıqlarını yaxşı bilsin və bunların fərqində olsun.Özlərini tanıyan insanlar hər zaman öz güclü və gücsüz tərəflərini,ətrafındakılardan üstün və əksik tərəflərini,nələrə qadir olub olmamalarını çox yaxşı dərk edə bilirlər. Və bu özünü tanıma insanlara cəmiyyət arasına çıxarkən özlərini ifadə etməkdə rahatlıq yaradır. İnsan özünü dərk etmədiyi halda,heç vaxt insanlarla normal münasibətdə ola bilmir. Harda necə davranılacağını bilmir,qarşılaşacağı yaxşı və pis hadisələr qarşısında necə reaksiya verəcəyini müəyyənləşdirə bilmir.Bir çox insan öz qüsurlarını bildiyi halda bunu qəbul etmir və özündə olan qüsuru başqa birində misal göstərərək ətrafındakılar tərəfindən qınanılır. Gərək həm pis,həm yaxşı tərəflərimizi bilək ki,sonra cəmiyyət arasında gülünc vəziyyətə düşməyək.

Bəli əziz Qadin.net istifadəçiləri,sizə sualım: səni səndən soruşsalar cavabın nə olardı ?

31 yanvar 2011
GO BACK