Qadin.NET / Maraq zəkası - yaradıcı zəkanız

Maraq zəkası - yaradıcı zəkanız

Maraq zəkası - yaradıcı zəkanız

Uşaqlar ibtidai sinfə  getməyə başlayarkən özlərini analarının qucağından elə indicə ayrılıbmış kimi hiss edirlər. Onlar üçün bu, yeni bir aləm olur. Onlar yeni insanlar görür və onlarda yeni maraqlar yaranır. Ətraf mühitə öyrənməyə çalışarkən iki şeyi unudurlar: təbii olmağı və marağı. Onlar zamanla hisslərini gizlətməyə başlayır və bəzi şeyləri yaxşı, bəzilərini isə pis qiymətləndirməyə başlayırlar. Hər şeyə ad qoymağı öyrədən təhsil sistemi hisslərii ifadə etməyi, onların adlarını öyrətmir. 
Marağın ilk səbəbi olan cinsi yetişkənlik barədə məlumatlandırılmaq, danışmaq cəmiyyətimiz tərəfindən ayıb kimi qəbul edilir və bu mövzulardan bacardıqca qaçmağa çalışırıq Bu barədə danışmamaq üçün uşaqların maraqları başqa şeylərə yönləndirilir. Qətiyyən belə etmək olmaz. Maraq qatili olmaqdansa, zamanında uşaqları məlumatlandırmaq və öyrətmək lazımdır ki, həyatda hər şeyə hazır olsunlar. 
Maraq zəkası - yaradıcı zəkanız 
Maraq zəkası yalnız dünyada olanlara qarşı deyil ,daxili dünyamızda olanlarla da maraqlanan, daim araşdıran, özünü tanımağa çalışan bir zəka növüdür. O, "Mən"in (eqo) zəkasıdır. 
Mən zəkası hər bir kəsin kimliyini büruzə verir. Maraq insan ruhunun təbii qabiliyyətidir. Mənimizi gizlətdiyimiz qədər maraq zəkamızı da gizlədirik və özümüzü mənimizin divarları içində dustaq edirik. Maraq zəkası insanın özünü və mövcudluğunun səbəbini axtarmasıdır. 
Özünü tanımaq duyğularımızı tanımaqdan irəli gəlir. Duyğularını tanımadığı üçün bioloji yaş olaraq səksən yaşında öldüyü halda əslində on yaşında ölmüş neçə insan vardır. Duyğularımızı gizlətdiyimiz, onlara yad olduğumuz zaman həyatda inkişaf etmək əvəzinə geri qayıda bilər və sadəcə var olarıq.
Maraq zəkası - yaradıcı zəkanız 
Özünü tanıma - dünyanın ən çətin, amma mükafatı həyat qədər böyük və dərin olan səfərdir. Bu səfərin yol göstəriciləri duyğularımızdır. Uşaq olarkən duyğularımızı dolu-dolu hiss edib, dürüstlüklə ifadə edirdik. Böyüdükcə onları itirdik. İndi onları yenidən kəşf etmə zamanıdır və bu dəfə şüurlu kəşflər etməliyik. 
Duyğuların necə ifadə olunduğunu  bilmədiyimiz üçün onları səhv başa düşüb səhv anlayarıq. Bu da həyatımızda qarışıqlıq və acı olaraq təzahür edər. Duyğuların dilini başa düşüb onları irəliyə apardıqda ani və əsəbi qərarlar vermərik. 
Duyğularımızın dilini öyrənmədən, duyğularımızın zəkasına hörmət etməyi bilmədən inkişaf və yetkinləşmək imkansızdır! 
Fərdi inkişaf səfəri duyğularımızı tanıma səfəridir. Məqsədi adamın özünü reallaşdırmasıdır.
1 may 2014
GO BACK