Hər bir insan öz məqsədinə nail olmaq üçün motivasiyaedici, daxili qüvvə bəxş edən sözlər deyir. Özünə inam hissini gücləndirmək üçün bəzi fikirlər səsləndirir. Baxın, bu xəbərimdə sizə Harvard Universitetin tələbələrindən bir neçə fikirlər təqdim edəcəyəm. Bəzilərimiz bu fikirləri dəfələrlə özümüzə demişik, lakin bir də o tələbələrin dilindən eşidək.
Harvard tələbələrinin motivasiyası
1. Əgər sən indi yuxuya getsən, o zaman, sözsüz ki, arzuladığın yuxuna gələcək. Əgər yuxu əvəzinə təhsili seçsən, o zaman şəxsi arzunu həyata keçirəcəksən.
2. "Artıq çox gecdir" düşündüyün zaman, əslində, hər şey hələ ki, tezdir.
3. Təhsil məşəqqəti fəqət müvəqqəti bir şeydir. Savadsızlığın məşəqqəti - daimidir.
4. Təhsil - zaman deyil. Təhsil - səy göstərməkdir.
5. Həyat - təhsil demək deyil, amma əgər sən onun hissəsini belə keçə bilmirsənsə, elə isə, ümumiyyətlə sən nəyə qadirsən?
6. Gərginlik və səy göstərmək zövq və ya məmnuniyyət də ola bilər.
7. Yalnız hər şeyi daha tez edən kəs, yalnız cəhd göstərən kəs, sözün əsl mənasında şəxsi uğuru ilə həzz ala bilər.
8. Hər şeyə vaxtında çatmaq və ya hər şeyi zamanında görmək hər kəsə verilməyib. Lakin uğur yalnız özünü təkmilləşdirmə və qətiyyətliliklə əldə olunur.
9. Vaxt sürətlə hərəkət edir.
10. Bu günkü ağız suyu sabahkı göz yaşları ola bilər.
11. Gələcək üçün bir şeylər qoyanlar (zəxirə və ya azuqə toplayanlar) - realistlərdir.
12. Sənin zəhmət haqqın birbaşa təhsil səviyyənə uyğun proporsional olmuşdur.
13. Bu gün heç vaxt təkrarlanmayacaq.
14. Hətta hal-hazırda sənin düşmənlərin həriscəsinə kitabları vərəqləyirlər.
15. Tərləməsən, qazanmazsan.
Fərid Abdullah