Qadin.NET / Keçən il

Keçən il

 

 


1. Keçən ilinizi necə keçirdiniz?

2. Sağlam olduğunuz üçün heç sevindinizmi?

3. Ac olan bir insanın ən azından bir günlük ehtiyacını ödədinizmi?

4. Heç pəncərənizə düşən gün işığı ilə oyandınızmı?

5.Bir səbəb yox ikən neçə insana hədiyyə verdiniz?

6. Yeni doğulmuş körpənin  barmaqlarını ovucunuzda sıxaraq tutdunuzmu ? Və onu  qoxladınızmı?

7. Neçə xəstəyə ziyarət edib,təskinlik verdiniz?

8. Yaz gecələrində göy üzündə nə çox ulduzların olduğuna heç təəccüb etdinizmi?

9. Özünüzə sadaca olaraq neçə oyuncaq aldınız?

10. Neçə dəfə gözlərinizdən yaş gələnə qədər güldünüz?

11. Yaşlı bir ağaca sarıldınızmı ? və qəlbinizdəkiləri paylaşdınızmı onunla?

12. Uşaqlığınızdan qalan bir musiqini zümzümə etdinizmi heç?

13. Keçmiş dostlarınızı axtardınızmı?

14. Kimsə ilə barışdınızmı?

15. Yolla gedərkən bir pişiyin başına sığal çəkdinizmi?

16. Heç dərdli bir insanın dərdi ilə paylaşıb,sevincinə sevindinizmi?

 

Bəlkə də bəsit kimi görünən bu sualların əslində çox dərin mənası var.

 

Yaşadıqca sevmeyi öyrən. Çünki sevdikcə yaşadığını hiss edəcəksən. Bagışlamağı öyrən,çünki bağışlamağı bacardıqca yeni insanlar qazanacaqsan. Bir də bir kimsəni xatırlamağın bir telefon zəngi qədər asan olduğunu öyrən. Gözlərin uzaqlara dikilsə də,səni sevən insanların çox yaxında olduğunu heç vaxt unutma. Ürəyin sındırdığın adamdan üzr istəyəndə əslində bu hərəkətin səni sən etdiyini anla. Və bil ki, həyatda xoşbəxt olmaq üçün o qədər də çox şey lazım deyil. Sadəcə özünü dərk edib özünə dəyər vermək. Hər anımızda özümüzə xoşbəxtlik hissi aşılaya bilərik.Hər şeyə adi yanaşmasaq... Zövq almağı bacarsaq.


Əzizlərim,heç bu suallar haqqında düşündünüzmü?Düşünmədinizsə, düşünün və o gözəl,dəyərli fikirlərinizlə paylaşın.Unutmayın,bir anlıq sevinci yaşamaq üçün kiçik zərrə belə böyükdür.

 

10 fevral 2011
GO BACK