Qadin.NET / Niyə Azərbaycan həkimləri haqqında belə rəy formalaşıb?

Niyə Azərbaycan həkimləri haqqında belə rəy formalaşıb?

 

Niyə Azərbaycan həkimləri haqqında belə rəy formalaşıb?

Hörmətli istifadəçilər!

 

Nə qədər acı olsa da,bu gün,əslində isə demək olar çox günlər ərzində rastlaşdığım bir problem məni yaman üzür.Ona görə ki,Vətəndən uzaqda yaşayıb,onun çatışmamazlıqlarını görmək və həm də bu çatışmazlıqların açıq şəkildə bəyan edilməsini eşitmək, bir bilsəniz nə qədər ağırdır.

Bu gün fürsət düşmüşkən türk telekanallarından birində "Sağlamlıq" verilişini izləyirdim.Çox maraqlı da veriliş idi.Həm mütəxəssis həkim dəvət edirlər,həm də canlı bağlantı qurularaq xəstələrlə danışma yaradılır.Verilişin sonunda bəhs olunan xəstəliklə bağlı bir xəstə də dəvət edirlər.Beləliklə dəvət olunan xəstə,məgərsə, dərdinə çarə tapmaq üçün gəzmədiyi ölkə qalmayıb,ən sonda Azərbaycana getdiyini və orda həkimlərimiz tərəfindən əməliyyat diaqnozu qoyulduğunu dilə gətirdi.Elə bunu demişdi ki,həm ordakı həkim ,həm də aparıcılar hamısı bir ağızdan:"Aaaaaaaaa,camaat ordan bura gəlir müayinə üçün,bəs siz qorxmadınız ora getdiniz?"

Xəstə isə belə cavab verdi:"Mənə əməliyyat təklifi edilən kimi qaçmalı oldum"

Məncə,bir Azərbaycan övladı kimi bunu eşitməkdən böyük biabırçılıq ola bilməz.Özümü nə qədər ələ almağa çalışdımsa,olmadı.Hələ də o sözlərin acısını çəkirəm.Xəcalət hissindən az qala boğuluram.


Sual: Niyə Azərbaycanın tibb aləmi haqqında digər ölkələrdə mənfi rəy yaranıb?Buna səbəb kimlərdir? Həkimlər özləri,xəstələr,dövlət,yoxsa kim?

10 yanvar 2011
GO BACK