Qadin.NET / Düşüncə dərsi (6)

Düşüncə dərsi (6)

Filosoflardan Rene Dekart "Mən düşünürəm, odur ki, varam" kəlamını işlətmişdir. Həmin kəlama orta məktəb dövründə rast gəlmişdim və çox bəyənmişdim. Kanta görə, "Düşünmək mühakimə etməkdir". Düşünmək müxtəlif şəkillərdə ortaya çıxır. Yaşanmış müəyyən həyat təcrübəsindən sonra insanlarda düşüncə fikirlərlə ifadə olunur. Dekartdan sonra fransız filosofu Jan Pol Sartr "Mən düşünürəm, odur ki, varam" fikrinin xətalı olduğunu kəşf etdi və ona qarşı "Mən deyən şüurla, düşünən şüur eyni deyil" fikrinə gəldi. Mən hələ o mərhələyə çatmadığım üçün bu günə qədər düşündüklərim barədə laughing

Düşüncə dərsi (6)

Beynimizi nə ilə bəsləyiriksə, həyatımıza da onları qatırıq.

Düşüncə dərsi (6)

Bütün qadınlar qadındır, amma hər qadın xanım deyil!

Düşüncə dərsi (6)

Rahat bir ruhla zamana və ya qədərə üsyan etmirəm. Mənə aid olan onsuz da mənə gələcək.

Düşüncə dərsi (6)

Xəyallarınıza gülən, sizi alçaldan insanlara heç nə deməyin. Sadəcə gülümsəyin və xəyal qurmağa davam edin.

Düşüncə dərsi (6)

Həyatınızda rastlaşdığınız hər acıya inkişaf nərdivanınızdakı bir pillə kimi baxın.

Düşüncə dərsi (6)

Bir insanın gerçəkdə necə olduğunu bilmək üçün uzun zaman xərcləməyə dəyməz. Onu özünüzdən bir balaca irəliyə buraxın, çox keçmədən görmək istədiyiniz kartları üzünüzə açacaqdır.

Düşüncə dərsi (6)

Həyat o zaman gözəl olacaq ki, özünüzü ətrafında kəpənəklərin uçuşduğu bir işıq lampası halına gətirəcəksiniz...

Düşüncə dərsi (6)

Hər şeyə ciddi-cəhdlə yanaşdığınız zaman yaşamaq zövqünü itirirsiniz. Həyatın komediya tərəflərini də görmək lazımdır, həyat ciddiyə alınmayacaq qədər də rənglidir. Yalnız ağ və qara rəngdən ibarət deyildir. Həyata çox ciddi yanaşan insanlar tez yaşlanırlar. Həyat əslində sadədir, onu mürəkkəb hala gətirən insanların düşüncələridir. Gülməyi öyrənin, güldükcə yaşamaq sizə daha asan gələcək. Nə edirsən et, onsuz da hər kəsi məmnun etmək olmur.

Düşüncə dərsi (6)

Dünənin sənin istədiyin kimi olmamasına üzülmə. Dünən keçdi və bitdi. Bu gün isə tamam başqadır. O, sənin qarşındadır. Hələ toxunulmamış və pozulmamış bir şəkildədir. Bu günü ən gözəl gün halına gətirə bilmək səndən asılıdır. Bunu səndən başqa heç kim
sənin kimi yaxşı edə bilməz. Günə daxili hüzur və könül rahatlığı ilə başla. Burax, daxili dincliyin içini doldursun və sənə sarılsın.

Düşüncə dərsi (6)

Xanımlıq qadının ipək saçlarında, incə boynunda, can alan gözlərində, qu quşu kimi zərifliyində deyil, ilk əvvəl ruhunda olacaq ki, tamamlansın.

12 aprel 2014
GO BACK