Qadin.NET / Kainat: düsturların ahəngi

Kainat: düsturların ahəngi

Kainat: düsturların ahəngi

"Həyatım budur, nə edim" düşüncəsindəsiniz? Və ya "Hər şeyi mən yaradaram" fikirləşirsiniz? O zaman məna elmi baxımından sizə belə cavab verə bilərəm: "Həm bəli, həm xeyr".

Kainata nəzər saldığınız vaxt hər şeyin mükəmməl bir düstur silsiləsi ilə işlədiyini görə bilərsiniz. Məsələn, suyun qaynama dərəcəsi məlumdur - 100 dərəcə. Əgər 80 dərəcədə atəşi söndürsəniz, su tam qaynamaz, içdiyiniz çay və ya qəhvədən ləzzət ala bilməzsiniz. Əncir ağacının meyvə verəcəyi zaman və şərtlər müəyyəndir. Yanvarın ortasında meyvə verən badam ağacı da yoxdur. Çünki Yaradanın sistemində onun da özünə xas düsturlaşdırılmış zamanı var.

Kainat: düsturların ahəngi

"Eh, nə yaxşı, o zaman heç səy göstərməyək, kainatda hər şey qaydasında gedir" deyə düşünə bilərsiniz. Elədirmi görəsən? Bir aslan doymaq üçün sizcə nə edir? Ov edir. Bəs qarışqa yazda nə edir? Özü üçün yem yığır. Qısacası, hərəkət edirlər. Hər şeyin müəyyən bir nizamda olduğu bu kainata diqqətlə baxsanız, bir kənarda oturub möcüzə gözləyənlərin həmişə əliboş qaldığını görərsiniz. Çünki, hər şeydən əvvəl Yaradan öz istiqamətində hərəkətin özünü saxlayar. 

Kainat: düsturların ahəngi

İş tapa bilmirsinizsə, əvvəl özünüzü sorğulayın: çoxmu seçicisiniz, yoxsa lazımi qədər səy göstərmirsiniz? Hər zaman yanlış seçim edirsinizsə, yenə öz gözünüzlə özünüzə baxın. Bilin ki, günah və ya səhv deyilən bir şey yoxdur. O anda sizin ruhi səviyyənizdə yaşamalı lazım olanı yaşadınız. Çünki niyyətinizin gücü ancaq o qədər idi. Lakin, bu, həmişə belə qalacağınız mənasına da gəlməməlidir. Həyatınızdan şikayət edirsinizsə, öz səviyyənizi yuxarı çəkməklə bir müddət sonra seçimlərinizin daha düzgün olduğunu görəcəksiniz.

Düşündüyünüz və ya etdiyiniz hər şey sistemdə bumeranq kimi özünüzə geri dönər. Davamlı işə yaramaz biri olduğunuzu düşünmək sizə yalnız bunu isbat edəcək şərtlər yaradar. Həyatın yaşanmaz bir yer olduğuna inanırsınızsa, kainat bunu sizə isbat edəcək. Çünki zehniniz kiçik mənfiliyə ilişib qalmışdır. Siz nə zaman öz baxış bucağınızı müsbətə doğru dəyişsəniz və intizamlı bir şəkildə ruhunuz üzərində çalışsanız, o vaxt bütünün möhtəşəmliyini qəbul edə bilərsiniz. Yaradanın xariqüladə formulunu görə və bu kainatda bütünlə olan əlaqənizi kəşf edə bilərsiniz.

Bu nöqtədən sonra qədərinizi var olan düstur sistemində arzuladığınız kimi qurmaq sizin əlinizdədir.

11 aprel 2014
GO BACK