Qadin.NET / 7 düşüncə ilə dəyiş

7 düşüncə ilə dəyiş

7 düşüncə ilə dəyiş

İnsanlar çox vaxt bədbinliyə qapılıb nəyisə qara-qara düşünərkən həyatın əllərindən necə axıb getdiyini hiss etməzlər. Halbuki, ömür əslində çox uzundur, həm də çox qısadır. Bu, hər kəsin onu necə istifadə etməyindən asılıdır. Ona görə də zamanımızın qədrini bilməli və eləcə də özümüzü tanımalıyıq. Öz gücümüz və potensialımızla tanış olmalıyıq. Özümüzə qarşı haqsızlıq etməməliyik. Özünütənqid çox gözəl bir şeydir. Amma özünüqapama və insanın öz qarşısına sərhəd qoymağı heç də gözəl bir davranış tərzi deyil. Bu, insanın özünə etdiyi haqsızlıqdır. Bu yaxınlarda Şəbnəm adlı bir xanımın yazısını oxudum və çox xoşuma gəldi. Bu pozitiv və ilhamlandırıcı yazını sizinlə də paylaşmaq istədim. Buyurun, oxuyun və əhvalınızı nikbinliyə yükləyin.

1. Sənin içində bütün dünyanı dəyişəcək qədər güc var. Sən unikalsan. Sənin kimi bir insan mövcud olmayıb və olmayacaq. Sənin təcrübən, dünyaya baxışın, xarakterin, potensialın əvəzolunmazdır. Sən başqalarına oxşamağa çalışdıqca özünün ən böyük gücünü-fərqliliyini itirirsən. Özün ol!

 7 düşüncə ilə dəyiş

2. Kin saxlamaq, paxıllıq etmək cılız adamların işidir. Bu hisslərdən yuxarıda ol. Böyük ürəkli insanlar sevgi və mərhəmətlə dolu olurlar. Böyük ol!

3. Sənin həyatından yüzlərlə insan gəlib keçəcək. Onların hər biri sənə ya nəyisə öyrətmək, ya da kömək etmək üçün ordadırlar (bəli, borc alıb aradan çıxanlar da). Hər bir insandan öyrənməli şeylər var. Öyrənməyə açıq ol!

4. Qorxu səni görünməz həbsxanaya kilidləyir. Ürəyinin səsini dinləyə bilmirsən, enerjin zəifləyir və özünə hörmətini itirirsən. Nə qədər az qorxaq olsan, o qədər çox güclü olacaqsan və o qədər də gözəl yaşayacaqsan. Cəsur ol!

5. Əgər böyük işlər görmək, dəyişikliklər etmək istəyirsənsə, tənqidlərə, kobud münasibətə hazır ol. Bil ki, xoşbəxt insanlar heç kimə palçıq atmırlar. Bunların səni qırmasına imkan verməGüclü ol! 

7 düşüncə ilə dəyiş

6. Mənfi emosiyalara qapılmaq asandır–şişirdilmiş yazıqlıq həmişə kədərli olur. Özünü müsbət ruha kökləmək isə əlavə enerji tələb edir. İnsanların çoxu tənbəldir, özünə yazığı gəlməyi, pessimist olmağı seçirlər. Sən öz üzərində işlə. Pozitiv olmaq üçün davamlı beynini müsbət düşüncələrə köklə. Bu, səbr tələb edir. Səbrli ol! Pozitiv ol!

7. Sənin ən böyük tənqidçin özünsən. Hər addımını tənqid edən başındakı o səsi susdur. İnan ki, hamının başı özünə qarışıqdı, heç kim sənin həyəcanını, utancaqlığını hiss etmir. Sən özünü necə aparırsansa, insanlar səninlə o cür davranacaqlar. Özünə inamlı ol!

5 sentyabr 2014
GO BACK