Həyatınızı yaşayırsınızmı, yoxsa yalnız həyatda qalma mübarizəsi aparırsınız? Seçdiyiniz həyat sizi xoşbəxt edirmi? Xəyalinı qurduğunuz hər şeyə sahibsinizmi, yoxsa artıq xəyallarınız sizin üçün uşaqlığınızdan qalan dadlı xatirələriniz qədər yox olmuşdur?
Hörmətli istifadəçilərimiz,artıq uzun zaman oldu iş çoxluğu səbəbindən "Düşüncə" bölməsində sizlərlə heç bir şey paylaşa bilmirəm,bunu çox istəsəm də.Bu gün fürsət düşmüşkən...
Sacha Guitryə dünyada ən gözəl sey nədir deyə soruşdular.
Guitry, bu sualı "Sevmək" - deyə cavab verdi.
Daha sonra?
"Sevilmək" - dedi Gutri.
Niyə sevmək sevilməkdən daha gözəldir?- soruşdular.
Guitry,"İnsan sevdiyinə sevildiyindən daha çox əmin olduğu üçün"-dedi.
__________________________________________________________
Niyə meyvələri qoparmaq üçün ağaclara dırmanırsınız?
Bi az sebr etsəniz onlar özü-özlüyündən də yerə düşəcəklər.
Niyə bir qadına aşiq olmaq üçün arxasınca sürünürsünüz?
Bir az gözləsəniz,özü siz tərəfə gələcəkdir.
Və niyə öldürmək,ölmək üçün bir-birinizlə savaşırsınız?
Bir az gözləsəniz,onsuz da öləcəksiniz...
Meyvə yerə düşdüyü zaman deyil,ağacdan qoparıldığı zaman,
Qadın çarəsizlikdən sizə tərəf gəldiyi zaman deyil,ürəyindən fəth edildiyi zaman,
Və ölüm yataqda deyil,mübarizədə GÖZƏLDİR!!!
________________________________________________________________
15 Aprel 1452-ci də dünyaya gələn Leonardo Da Vinçi, yaratdığı əsərlərlə İntibah sənətinə istiqamət vermiş, məşhur zamanını aşaraq günümüzə qədər çatmış nadir sənətçilərdən biridir.
Bu məşhur sənətçinin həyatdakı çətinliklərə qarşı dünyagörüşü belədir:
"Maneələr, çətinliklər məni əngəlləməz.
Hər maneə, məni daha yaxşıya doğru qaçınılmaz bir dəyişikliyə itələyər.
Gözünü bir ulduza dikən adam, qərarını dəyişdirməz."
Siz də öz qütb ulduzunuzu tapın və gözünüzü ondan ayırmayın.
Sizi, ümidsizliyə düşdüyünüzdə qütb ulduzunuzu tapmanızı təmin edəcək və həyat mübarizənizdə daxilinizdəki gücə güc qatacaq bu düşüncələrlə baş-başa buraxıram,Hörmətli istifadəçilərimiz...