Qadin.NET / Seriallar

Seriallar

Seriallar
 
Bildiyimiz kimi son illərdə türk kanallarında gedən seriallar həyatımızın bir parçasına çevrilib. Hər qadının bəzən göz yaşı ilə,bəzən əsəblə,bəzən sevinclə izlədiyi,bir bölümünü belə qaçırtmaqdan çəkindiyi serialı var. Elə özüm də bu sıraya daxiləm. Amma son zamanlar hiss edirəm ki,həyatımı seriallara görə planlayıram. Qonaq gedilirsə,serialın vaxtına kimi qayıdılmalıdı və yaxud həmin gün gedilməməlidi. Yuxum gəlirsə yuxumu qaçırtmaq üçün kofedən,çaydan içirəm ki, yuxum qaçsın. Nə var nə var seriala baxacam. Hər serialdan bir duyğu qalır məndə. Bəzən günlərcə o duyğular içində qalıram. Serialların həyatıma pis təsiri olduğu kimi,yaxşı təsirləri də olur. Elə hadisələr olur ki,bəzən onlardan dərs götürürəm. Mənim həyatımda olsa o səhfləri etmərəm deyirəm. Həyatımda iz qoyan seriallar da olub. Göz yaşı içində izlədiyim,izləməkdən bezmədiyim bölümləri olan iki serial bu günə kimi mənim üçün ən unudulmaz olub:

 

 

1-cisi Özcan Dənizin və Naz Elmasın baş rolunu oynadığı “Haziran Gecəsi”. Bu serialın bir bölümünü belə qaçırtmamışdım. Bittiyi zaman həm bölümün çox kədərli olduğundan,həm də bitməyini istəmədiyimdən bütün gecəni ağlamışdım. Bəzi serialarını günü bu gün yadıma düşəndə izləyirəm və eyni duyğuları təkrar yaşayıram.

Seriallar
 
2-cisi Tuğba Büyüküstün və Bülənt İnalın baş rolunu oynadığı “İhlamurlar altında”. Bu serial da həyatımda iz qoymuş serialdı. Hər bölümünü səbirsizliklə gözləyirdim.Bəzən göz yaşı ilə,bəzən sevinclə izləyirdim. Onlar ağlayanda ağlayır,onlar güləndə gülürdüm. Heç bitməsin istəyirdim.

Seriallar
 
Bəli xanımlar,mən öz sevdiyim seriallardan,onların həyatımda qoyduğu izlərdən,yaxşı və pis təsirlərindən danışdım.

İndi isə siz yazın görək hansı serialdan daha çox təsirlənmisiz? Seriallar həyatınıza nə kimi təsirlər göstərir? Sizcə serialların bu qədər çox olmağı yaxşıdırmı? Bəs uşaqlarınıza necə, serial izləməyə icazə verirsinizmi? Hal hazırda gedən hansı serialı izləyirsiniz?

21 yanvar 2011
GO BACK