Paxıllıq hər insanda mövcud olan bir duyğudur. Ancaq bəzilərimiz paxıllığın əsirinə çevrilirik. İstər qadında,istər kişidə özündən hər cəhətcə yüksək olan birinə paxıllıq yarana bilir. Amma nədənsə kişilər paxıllıq etdikləri insanı hər zaman üstələməyə çalışdığı halda,qadınlar ondan yüksəkdə olan qadının etdiklərin etməyə,ayağının altın qazmağa,arxasıyca danışmağa daha üstünlük verirlər. Amma özləri də anlamır ki,uzaqdan hər kəs görür ki, bu etdiyi hərəkətlər onun düşüncələri,onun beyninin məhsulu deyil. Özlərini gülünc vəziyyətə qoymaqdan başqa bir işə yaramır.
Halbuki özümüzdən yüksək bir insana qibtə ilə baxsaq,onun etdiklərindən dərs götürsək,onu özümüzə nümunə kimi seçsək və özümüzün beynimizi inkişaf etdirib,öz iradəmizlə hərəkətlərimizi etsək həm güclü olar,həm də istədiyimiz səviyyəyə gəlib çıxarıq. Və zamanla görərik ki,başqaları da bizə qibtə edir.
Bəli əziz Qadin.net istifadəçiləri,indi söz sizdədi. Sizin qibtə etdiyiniz insanlar və ya paxıllığınızı çəkən insanlar olubmu? Paxıllığın fəsadları ilə rastlaşmısınızmı?