Qadin.NET / Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Efiopiyalı Tsegaya Mekonen toy üçün hazırlaşır.


Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Nepalda bir uşaq toyu. Bishal Shreshta Balamı (16) qonaqların hədiyyələrini qəbul edir.Yoldaşı Surita Shreshta Balamı (15) tanımadığı insanlar arasında kədərli və narahatdır.



Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi


Qayınana toy alayını gözləyir. Nepalın bir kəndi olan Kagatidə qız uşaqları həddi- buluğa girmədən ərə verilirlər.


Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Burda bəy və gəlin bir-birilərini əvvəlcə heç görməmişlər.Gəlin 11 yaşında.



Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi


Bir Nepal adəti.... Ailələr müqəddəs hesab edilə bilmək üçün uşaqlarını qurban edirlər.

Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Evləndirilmək istəndiyi üçün özünü yandırmaq istəyən bir başqa Əfqanlı uşaq...



Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

10 yaşında evləndirilən Rəhmi məsuliyyətlərin altında əzilir və çarəni özünü öldürməkdə tapır.
Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Uşaq yaşda evləndirmə ənənəsi Xristianlar arasında da məşhurdur. 11 yaşındakı Destaye Amare Ortadoks kilsəsinin rahibiylə evlənir. Efiopiyada Ortadoks rahiblər uşaq yaşda qızlarla evlənmək məcburiyyətindədirlər.


Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi


Evləndikləri adamın vicdanına təqdim edilən uşaqlar çox ağrılar çəkirlər.


Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Bu pis ənənə böyük tragediyalarla sonlana bilir. Evliliyini bitirmək istəyən qadınlar əksəriyyətlə qadın tacirlərinin əlinə düşürlər və pis yolu  çəkməyə məcbur edilirlər.


Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Leyualem üçün artıq geriyə dönüş yox...



Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi


Leyualem yoldaşı ilə birlikdə

Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

15 yaşındakı Yekaba Kerebet doğum sancıları içində qıvrılır. 3 gündür doğum sancısı çəkən uşaq yaşdakı gələcək ana qohumları tərəfindən xəstəxanaya qaldırılır.

 

Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

12 yaşında evləndirilən və evindən qaçaraq qadın tacirlərinin əlinə düşən kiçik Chinanın dramını üzündəki zərbə izləri izah edir.

Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi

Şəkillərin müəllifi olan Stephanie Sinclair insanlıq dramını dilə gətirdiyi bu fotoşəkil silsiləsi ilə FreeLens mükafatına layiq görülmüşdür.

 

Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi


Hörmətli istifadəçilər,gördüyünüz bu mənzərələr həqiqətdir,heç bir insanlıq çərçivəsinə sığmayan həqiqət.

İndi də problemlə bağlı öz ölkəmizdəki vəziyyətə nəzər salaq:

Araşdırmalara görə Azərbaycanın qərb bölgəsindəki rayonlarda azyaşlı qızların ərə verilməsi halları artıb.Sözügedən rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Acınacaqlıdır ki, bu halı məktəb rəhbərliyi bilsə də mübarizə aparmır.

Belə yaşda qızların ərə verilməsi düzgün deyil. Məsələn qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə orqanizmdə harmonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Bundan başqa, tibbə də məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Qızlar uşağı böyütməyə qadir olmalıdır. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilmirlər.

Dövlət tərəfindən ailə evliliyinin müddəti müəyyənləşib. Bu, qızlar üçün 17, oğlanlar üçün 18 yaşdır.Amma buna baxmayaraq hələ də,«Erkən nigahlar və insan hüquqlarının pozulması» prosesi davam etməkdədir.

Sual:Nə etmək lazımdır ki,erkən nigahların və azyaşlı uşaqların hüquqlarının pozulmasının qarşısı alınsın və yaxud hüquq bəzi ölkələrdə gücsüzdürsə,çarə nəyə qalır?


5 yanvar 2011
GO BACK