Hal hazırda elə ailələr vardır ki qız uşaqlarının oxumasındansa, oğlan uşağının oxumasına üstünlük verirlər.Qız evdə qonaqdır deyib artıq xərc çəkmirlər . Oğlanları oxudurlar ki, əsas təhsil oğlan uşağı üçün vacibdir.Ailəsinin gələcəyini təmin etmək üçün. Amma bu fikirlə mən heç də razılaşmıram çünkü mənim aləmimdə ən çox qız uşağı oxumalıdır.Çünki oğlan evini saxlamaqdan ötrü nə işi desən görə bilir ,ən azından fəhləlik edib ailəsini saxlayır.Amma qız uşaqları təhsili olmadığı halda heç bir yerdə çalışa bilmir.Çox vaxtı qızlarımızın ailəsi dağılır və ata evinə qayıtmağa məcbur olur, elə vaxt da olur ki ,qızın valideyinləri onu saxlamaqdan imtina edir və qızlarımız pis yola düşməyə məcbur olurlar.Pis yola düşəndən sonra isə geri qaytarmaq mümkün olmur. Mən demirəm ki ,oğlan uşaqlarını oxutmayaq ,qızlarımızı oxudaq ,yox hər ikisi üçün təhsil vacibdir. Gələcəkdə hər ikisi valideyni günahkar hesab etməsinlər deyə, vaxtında uşaqlarımızın təhsil alması üçün əlimizdən gələni etməliyik.
Bəs siz nə düşünürsünüz?Sizcə təhsil qız üçün vacibdir ya oğlan üçün?