Bir mühazirə zamanı fəlsəfə professoru masa üzərinə üç litrlik şüşə banka qoyaraq onu, heyranlıqla baxan tələbələrin qarşısında hər biri gavalı ölçüsüsündə olan qaya daşları ilə doldurdu.
Sonra bir sual ilə onlara yönəldi:
- Banka tam doludurmu?
Cavab:
- Bəli, tam.
Sonra o, iki ovuc noxudu da bankaya əlavə edib bir az silkələdi. Təbii ki, noxudlar daşlar arasındakı boşluqları tutdu. O, bir daha soruşdu:
- İndi necə, tam dolub banka?
Cavab:
-Bəli, tam dolub.
Sonra professor qum dolu torbanı çıxararaq bankaya boşaltdı. Əlbəttə ki, qum bankda qalan boş yeri tutdu.
Eyni sualla yenidən tələbələrə müraciət etdi:
- Banka tam dolubmu?
Cavab:
- Bəli, bu dəfə mütləq tam dolub!
Professor masa üzərində dayanan qrafindəki suyu bankaya tökdü. Su, qumu isladaraq bankada öz yerini tutdu.
Tələbələr keçmiş yanlış cavablarına gülüşdülər.
- İndi isə, mən istəyirəm siz anlayasınız ki, bu banka sizin həyatınızdır. Daşlar - həyatınızdakı ən mühüm, ən vacib olanlardır: ailə, valideyn, sağlamlıq, uşaqlar - bir sözlə, qalan hər şeyinizi itirsəniz belə həyatınızın dolu qalması üçün ehtiyacınız olanlardır.
Noxudlar - bunlar şəxsən sizin üçün vacib olmuş şeylərdir: iş, ev, maraqlar.
Qum - geridə qalan hər şeydir - xırdalıqlar.
Əgər bankanı əvvəldən qumla doldursanız, orada daşlara və noxudlara yer qalmayacaq. Eləcə də həyatınız belədir. Əgər onu xırdalıqlarla doldursanız, vaciblərə yer qalmayacaq.
İnsana əsl xoşbəxtliyi bəxş edən işlərlərlə məşqul olun: övladlarınızla oynayın, yaxınlarınızla zaman keçirin, onlara sevginizi bildirin, heç nəyə baxmayaraq bildirin. Öz preoritetlərinizi təyin edin, geriyə qalanlar sadəcə qum dənələridir!
Tələbələrdən biri əlini qaldırdı və professordan suyun nə məna daşıdığını soruşdu:
Professor gülümsədi:
- Mən bu sualı gözləyirdim və bu barədə soruşduğunuza sevindim. Mən yalnız sizə sübut etmək istədim ki, həyatınız nə qədər dolu olursa olsun - istək olarsa, orada bir qurtumluq da olsun yeni su üçün yer tapılacaq - yeni biliklər!