Gənc qız və oğlan bir-birini bəyənib evlənirlər.Amma evləndikdən az sonra bir çox fərqləri meydana çıxır.Xarakter, fiziki yaxınlıq və s. bir-birinə uymadığı məlum olur.Evlilk həyatının ilk illəri bellə hallar normal sayılır.Bu “keçid” mərhələsini keçdikdən sonra hər şey yaxşılığa doğru dəyişir.Təəssüf ki, həmişə belə olmur.İllər keçdikcə bir-birinə nifrəti daha da artan cütlüklər mübahisə zamanı daha ağır sözlərdən, təhqirlərdən istifadə etməyə başlayır.Belə qızğın mübahisə zamanı qadınların ən çox işlətdiyi ifadələrdən biri də budur:”-Sən kişi deyilsən!Kişi olsaydın...”Nöqtələrin yerindəki sözlərin bəzilərini dilə gətirsələr də, bəzilərini ürəyində saxlayır, “rəfiqələri” ilə ərinin dedi-qodusunu edərkən deyirlər.
”Kişi olsaydın...-daha yaxşı qazanardın.Arvadının, uşaqlarının heç nəyə ehtiyacı olmazdı.
”Kişi olsaydın....-Ehh,.yataqda da bir şey deyilsən!”
Qadınların bu narazılıq bildirən ifadələrinin sayını çoxaltmaq da olar.Görəsən qadınlar nədən narazıdır?Onlara necə kişi lazımdır?Əsl kişi necə olmalıdır ki?
...-Hər gün evə əli dolu,çoxlu pulla gələn?
...-Yataqda daha çox seksi olan?
...-Ya Romantik kişi?
...-Ya daha Anlayışlı-qadınına lazım gəlsə ev işlərində belə kömək etməyə hazır olan kişi?
Qadınların hamısı eyni cür deyil axı.Onların bəzisi maddiyyata üstünlük verir.Bəzisi ehtiraslı gecələrin arzusundadır.Qadınlar da var ki, evləndiklərindən 10 ildən çox keçsə də ilk tanış olduğu günlərdəki kimi ərindən yenə sevgi mesajları, tez-tez “Səni sevirəm” deməsini gözləyir.Hətta buna görə dəfələrlə mübahisə edənlər də var.Bəs siz necə düşünürsünüz?"Əsl Kişi"də görmək istədyiniz əsas cəhətlər hansılardır?