Hansı tərəfə dönəcəyin,nələri keçmişdə buraxıb,nələri özünlə gələcəyə aparacağın,həyatını kimlərlə paylaşacağın-bunların hamısı sənin seçimindir.Ətrafına bax...Nə görürsən? Yanında kimlər var? Hardasan? Bax bu sualların bütün cavabları yalnız səndədir. Seçimlərin üçün kimsəni günahlandırma,hətta özünü belə.Çünki edilən peşmanlıq artıq çox gecdir.
Çətin də olsa “canım sağ olsun,səhv seçimlər etdim zamanında..Oldu da keçdi” deyib həyat yoluna davam etmək məcburiyyətindəsən.Ən azından özünə təskinlik vermək üçün.Ən azından bir sonrakı seçimlərin üçün ayaqda qalmalısan. Daha güclü və məqsədyönlü olmalısan. Deyirlər ki,ən ağıllı insan yıxıldığında ayağa qalxıb bir daha yıxılmayandır.Sən nəinki bir daha yıxılmayan, sən “SƏN” olduğunu anlatmalısan.
Şərəflə bitirilməsi vacib olan tək vəzifə həyatdır.Bir tikə yemək üçün şərəfini çeynətməyə,bir anlıq əyləncə üçün sərvətini yox etməyə,günlük ehtiyacın üçün qürurunu sındırmağa,bir qisim insanlara nifrət etdiyinə görə bütün insanlara düşmən gözü ilə baxmağa dəyməz.Həyat bir oyundur.Bu oyunu kəşf edən sən deyilsən.Qanunları da sən qoymadın.Sən sadəcə bir oyunçusan.
Yaxşı oyunçu rolu pis olsa belə,yaxşı oynayıb uğur qazanar.Pis oyunçu isə rolu gözəl olsa da,pis oynayıb hər şeyini uduzar.Heç bir şey üçün “mənimdir” demə.Sadəcə de ki,”yanımdadır”. Çünki nə qızıl,nə torpaq,nə sevgili,nə həyat,nə sevinc,nə kədər daima səninlə qalmaz.Ona görə də hər şeyin dəyərini zamanında bil və kimsəni incitmə.Və dərindən düşün ki,seçimlərində yanılma.Yoxsa çox acı çəkmiş olarsan.
Unutma,həyat dediyin bir çaydır.İnsan isə sadəcə bir şəkər.Şəkəri çayla qarışdırdığında gözəl bir dad aldığını düşünərsən.Əslində isə şəkər əridiyində həyatın da səni bitirdiyini çay bitincə anlarsan.Hər zaman düşüncələrinə diqqət et,sözlərə çevrilər.Sözlərinə diqqət et,davranışlarına çevrilər.Davranışlarına diqqət et,vərdişinə çevrilər.Vərdişlərinə diqqət et dəyərlərə çevrilər.Ən əsası dəyər verdiklərinə diqqət et “Həyatın” olar.
Əzizlərim, bəs sizin üçün həyat nədir? Heç səhv seçiminiz oldumu? Bunun üçün acı çəkdinizmi? Ya acı çəkərkən nələri itirib , əslində nələri qazandığınızı dərk etdinizmi?