Mən sizə bu gün çox maraqlı bir neçə məlumat verəcəyəm:
Nə üçün qaşığın içində özümüzü baş-ayaq görürük?
Parlaq metaldan düzələn qaşıqlar da güzgü kimi əşyaları özündə əks etdirir.Qaşığın içi çökək , çölü isə qabarıq olduğu üçün çökək və qabarıq güzgüyə bənzəyir.Bildiyimiz kimi çğkək güzgülərdə əşyaların əksi baş-ayaq, qabarıq güzgülərdə isə düzdür.Ona görədə qaşığın içinə baxanda özümüzü baş-ayaq çölə baxanda isə düz görürük.
Yağış düz yağır, yoxsa əyri?
Bəzən yağışın əyri yağdığını zənn etsək də,yağış damcıları göydən yerə düz düşür.Xüsusən,biz daha çox minikdə olarkən bu qənaətə gəlirik.Avtomobillərin sürətlə hərəkət etdiyinə görə yağış damcılarının da hərəkət etdiyini zənn edirik.Küləyin təsiri ilə yağış damcıları yerə bəzən əyri düşsə də,əslində,düz yağır.
Nə üçün süd daşır?
Südün tərkibi ən çox sudan ibarətdir.Bununla yanaşı, süddə bir az yağ, protein,laktoza və buna bənzər minerallar mövcuddur.Süddə olan kiçik yağ kürəcikləri isindikcə yuxarı qalxır və südün üzərində nazik qatı təbəqə əmələ gətirir.Bu təbəqə süd isindikcə meydana gələn buxarın havaya çıxmasına mane olur.Südün daxilindəki buxar artdıqca əmələ gələn təzyiq bu təbəqəni dağıtmağa başlayır və nəticədə süd daşır.Südü qarışdırmaqla bu təbəqənin əmələ gəlməsinin qarşısını almaq olar, ona görə də süd qaynayana qədər ara verilmədən qarışdırılsa ,daşmaz.