Qadin.NET / Əsl ev xanımı necə olmalıdır?

Əsl ev xanımı necə olmalıdır?

Sualın qoyuluşu ilk baxışdan sizə sadə görünə bilər.Bir az düşününcə isə əsl ev xanımı olmanın elə də asan olmadığı firki ilə razılaşmalı oluruq.(Xüsusən də işgüzar xanımlar)
Əsl ev xanımı olmaq- yalnız evdarlığı bilmək deyil.İkinci ailə başçısı kimi ailəni bir araya yığıb, qoruyub saxlamağı bacarmaqdır.

“Kişinin qəlbinə gedən yol onun mədəsindən keçir” deyiminə üstünlük verən xanımlar daha çox kulinariyanı öyrənməyə maraq göstərir.Bütün gününü mətbəxdə keçirib sevdiyi insana  öz  əlləriylə hazırladıqlarını  ikram etməklə onun sevgisini daha da artırdığını düşünür.

Həqiqətənmi Əsl Ev Xanımı-Yaxşı Aşbaz olmaq deməkdir?

“Qadınlar qulaqları ilə, kişilərsə gözləri ilə sevirlər” deyimini əsas götürən xanımlarsa vaxtının çoxunu gözəllik salonunda, idman zalında keçirir.Pəhriz saxlayır.-“Nə edək”Gözəllik qurban tələb edir.Ərimizi əlimizdə saxlamağı bacarmalıyıq.Üstümüzdən daim bozbaş iyi gələrsə əlbəttə ki,  bizdən soyuyar” ,-fikri ilə yorilmadan gözəlliyin, cavan qalmanın sirlərini öyrənməyə çalışırlar.

Həqiqətənmi Əsl Ev Xanımı- Baxımlı, Gözəl, Cazibədar qadın olmaq deməkdir?

“Kişi Böyük Uşaqdır” deyib daim bir uşaq kimi onun nazını çəkən, ona bir ana qayğısı göstərən qadınlar da vardır.

Həqiqətənmi Əsl Ev Xanımı olmaq-Ərini uşaqlarından ayırmayan Qayğıkeş Ana olmaq deməkdir? 

Bu günkü mövzumuzla bağlı mümkünsə ətraflı cavab yazın.Xüsusən də təcrübəli  ev xanımlarına üzümü tuturam:-Bildiklərinizi sirr olaraq saxlamayın.Bizimlə bölüşün.

Sizcə Əsl Ev Xanımı –Yaxşı Aşbaz, Cazibədar, daim Baxımlı Qadın, ya Qayğıkeş Ana olmalıdır?Əslində üçü də lazımdır.Amma hər üçü bir arada çox az hallarda mümkün olur.Sizcə hansı daha vacibdir?Kişini evə, ailəyə,qadınına bağlayan daha çox hansı amildir?Bəlkə özünüzün tamam başqa variantinız var?Cavabınızı yalnız öz təvrübənizə əsaslanaraq yazın.

Müzakirədə bəylər də iştirak edə bilərlər.Onların fikri də maraqlı olar.Görəsən onların fikrincə Əsl Ev Xanımı necə olmalıdır?

28 dekabr 2010
GO BACK