Tam əksəriyyət qəbul edir ki, evlilik Adəm və Həvvanın yaradılıb Yer üzünə göndərilməsilə başlayıb və insan nəsli onlardan çoxalıb. Bütün səmavi dinlərdə və əsrlər öncə yaşamış nəsillər evliliyə son dərəcədə böyük əhəmiyyət veriblər.Yaxşı,evləndik,ailəli olduq.Ali təhsilli xanımlarımız var ki,ailə qurduqdan sonra belə bir problemlə üz-üzə qalırlar.Həyat yoldaşları onlara "Sən işləməyəcəksən,mənim qazandığım evə yetər"-deyə qadağalar qoyurlar.Bununla da,xanımın ya başlanmış karyerası yarım qalır,ya da heç başlanmayan işgüzarlıq həyatı diplomla birlikdə evdə yatır.
Bəzi mənbələrdə belə fikirlərə rast gəlirəm: "Müasir texnologiyalar – televizor, mobil telefon, internet, o cümlədən qadınları müdafiə edən qanunlar əslində ərlərin – kişilərin hüquqlarını pozmağa yol açır. Azərbaycan ailələri bu baxımdan xeyli deformasiyaya uğrayıb. İndiki zamanda əksər gənc ailələrdə qadınlar evdə oturmağı, yemək bişirməyi, ərinin qayğısına qalmağı “hamballıq” kimi yozur və o dəqiqə feministvari düşüncələrə qapılırlar, iş-güc yeri axtarmaq adıyla düşürlər ortalığa. “Karyera qurmaq” üçün ərindən boşanmaq artıq adi bir hal alıb. Belə görünür ki, 15-20 il sonra Azərbaycanda normal ailə modeli qalmayacaq. Başqa adət-ənənələrimiz kimi, onu da “köhnəlib” deyərək göndərəcəyik “keçmiş” adlı arxivə. Avropalılar kimi, evdən səhər çıxıb axşam ancaq yatmağa yığışan ailə modeli yaranacaq."
Ola bilər ki,bu kimi hallar Azərbaycanda çoxalıbdır,amma eyni zamanda düşünürəm ki,yoldaşları tərəfindən xüsusən ali təhsili olan xanımlara qoyulan qadağalar da çoxdur.Bu fikri söyləməkdə məqsədim feministləri müdafiə deyildir.Sadəcə, bu məsələ ilə bağlı sizlərin də fikirlərini bilmək maraqlı olardı və bu problemin həlli yollarını paylaşmanızı təklif edirəm.
Sual belədir: Niyə görə xanımların əksəriyyəti ailə qurduqdan sonra "İşləməyəcəksən!" qadağası ilə rastlaşırlar?Belə düzgündürmü?