Eynşteyn konfranslarına hər zaman şəxsi sürücüsü ilə gedərmiş.Yenə də bir konfransa getmək ərəfəsində sürücüsü Eynşteynə : Hörmətli Eynşteyn,uzun zamandır siz konfranslarda çıxış edərkən mən arxa sıralarda oturaraq sizi dinləyirəm.Və demək olar ki,sizin mövzular haqqında çıxışlarınızı kəliməsi-kəliməsinə bilirəm.Sürücüsünü çox diqqətlə dinləyən Eynşteyn gülümsəyərək ona bir təklif etdi:”İndi gedəcəyimiz yerdə məni heç kəs tam dəqiqliyilə tanımır.Özümü də çox yorğun hiss etdiyimdən danışmaq gücüm yoxdu.İstəyirsən,bu gün palto və papaqlarımızı dəyişək,mənim yerimə sən çıxış et.Mən də arxa sırada bir az dinlənərəm.” Sürücü çox sevindi və möhtəşəm bir fikir olduğunu vurğuladı. Getdikləri məclisdə sürücü həqiqətən gözəl və mükəmməl nitq söyləyərək,verilən bütün sualları doğru cavablandırmışdır. Nitqini bitirdikdən sonra əyləşmək məqamına çatanda bir nəfər o günə qədər konfransda soruşulmayan bir sualla müraciət etdi.
Sürücü özünü itirmədən sual verən şəxsə ” belə bir bəsit sualın cavabını bilmədiyiniz üçün sizə çox təəccüb edirəm” dedi. Sonra da salonun arxa sırasında oturan Eynşteyni göstərərək, sözlərinə belə davam etdi : Mən indi arxa sırada əyləşən sürücümdən bu sualın cavabını soruşacam, soruşduğunuz sualın cavabını hətta o biləcək :)”Hansı peşənin sahibi olursunuzsa olun,üzərinizə düşən öhdəlikləri ən gözəl şəkildə yerinə yetirməyə çalışın.Fərqlənməyə çalışın.Sübut edin ki,siz də zirvələrə ucalan insanlardansınız.Özəl biri olduğunuzu unutmayın və özünüzü əsla zəif görməyin.