Özünü reallaşdıran insan (Self-actualization):
a) Fiziki tərəfdən sağlam qidalanır, stressinə nəzarət edir, idmanla məşğul olur və s.
b) Zehni tərəfdən kitab oxuyur, yazır, qabiliyyətlərini inkişaf etdirir, plan tutur, xəyal qurur və yeni bacarıqlar əldə edir.
c) Sosial, hissi tərəfdən dostluq qurur, xidmət edir, sinerji yaradır.
d) Ruhən özündən daha böyük bir bütünün parçası olduğunu hiss edir, özünün dəyərlər sisteminə bağlı olaraq yaşayır, dua və ibadət edir, musiqi dinləyir, dincəlməyə zaman ayırır...
Bu xəbərimizdə sizlərlə düşüncə dərslərimizi davam etdirərək, yuxarıda sadaladığımız özünü reallaşdırma bəndlərindən ikincisini tətbiq edəcəyik. Baxaq görək zehnimiz necə işləyir.
Qarşınızdakı şəkil Amerika rəssamı Kassius Kullicin "Köpəklər qumar oynayır" adlı məşhur silsiləsinə daxil olan rəsım əsəridir. Sol tərəfdəki köpəyə diqqət yetirin. Onun əlində çox uğurlu kartlar, yəni 4 tuz var. Poker oyununda bu kombinasiya "kare" adlanır. Bununla belə köpək çox pərtdir.
Diqqət - sual: Köpək niyə pərtdir?
Gördüyünüz şəkil Vasiliy Lojkinin “Təqvim” adlı ayları əks etdirən şəkil silsiləsidir. Ortadakı şəkildə hansı ayın təsvir olunduğunu deyin.
Bu reproduksiya 1775-ci ildə icad edilmiş məşhur ixtiraya həsr olunub. Söhbətin nədən getdiyini bildinizsə, bu qadınların nəyi simvolizə etdiyini deyin.
Qədim Romada qəribə bir hadisə baş vermişdi. İldırım Sezarın heykəlinin altında yazılmış Sezar sözünün ilk hərfini vuraraq sındırır. Bu hadisədən sonra Roma din xadimləri və kahinlər yığışaraq, hadisə ilə bağlı fikir yürüdürlər və bu fikir özünü doğruldur. Onlar hansı hadisə haqqında fikir yürütmüşlər?
Kleopatranın qaynanası onu sevmirdi və öldürməyi planlaşdırırdı. Amma Kleopatra bundan duyuq düşmüşdü, hər dəfə ehtiyatla özünü qoruyurdu. Bir gün qaynana Kleonu şam yeməyinə dəvət edir. O, şam yeməyinə böyük bir parça ət qızartmışdı. Bıçaqla əti iki yerə bölüb, yarısını Kleopatraya verir. Hər ikisi də ətdən yeyirlər. Ancaq yemək sonrası yalnız Kleopatra ölür.
Qaynana gəlnini necə zəhərləyə bilmişdir?