Hər gün aktual olan bu mövzuya bir qədər fərqli prizmadan yanaşaraq, bu günün aktuallıqlarına daha real qiymət vermək, yanaşmaq olar. Amma nə qədər istəsək, səy göstərsək də, münasibətlərdən, münaqişələrdən uzaq qaça bilmərik.
"Dil ünsiyyət vasitəsidir" - deyilsə də, hətta lallar, karlar belə ünsiyyətdə, münasibətdə olurlar, onların da mübahisə etdikləri, hətta münaqişəyə belə düşdükləri hallar yəqin ki, hamımıza məlumdur.
Elə isə sual yaranır, ünsiyyət və münasibətlərdə, hansı mövqe bizə mübahisələrdən uzaq dayanmağa, münaqişəsiz ötüşməyə kömək edə bilər?
1. İlk olaraq illərin sınağından keçən atalar məsəllərindən örnək çəkim: "Danışmaq gümüş, susmaq qızıldır", "Bilmədiyin işə (söhbətə) burnunu soxma", "Başından böyük danışma" və s. - adətən dinləmə mövqeyində olan, özlərinin əmin olmadığı mövzulara müdaxilə etməyənlər, əmin olmadığı fikri "mən belə eşitmişəm (hardasa oxumuşam)" - ifadəsi ilə vurğulayanlar, mübahisədən daha uzaq olurlar. Onlar iradla yox, faktlarla əks tərəfin fikrinə fikir bildirəndə də, "sizin fikrinizə hörmət edirəm, amma"... - deyərək, fikir bildirməklə alicənab mövqe tuturlar, daha asan münasibət, daha gözəl fikir mübadiləsi şəraiti yaradırlar. Bu zaman mübahisə belə yaransa, bu münaqişə halında yox, fakt və bilgilərin qarşılaşdırılması, ayrı-ayrı prizmadan baxış mövqelərinin qarşılaşması kimi təzahür edir.
Adətən az danışan insanların münasibət qurarkən, dinlədikləri əsasında qarşı tərəfin "özlərinə nə dərəcədə uyğun həmsöhbət" olduğunu dəyərləndirə bilərək, ilk baxışdan "qaradinməz" və ya "ünsiyyətcil olmayan" kimi görünsələr də, sonradan daha rahat ünsiyyət qurulan tip insanlar olduğunu nəzərdən qaçırmayaq.
2. Susmaq - heç də həmişə yaxşı qarşılanmır, bəzən bu "fikir ifadə edə bilməməyin" və ya fikrini deməkdən çəkindiyi, qorxduğu ilə əalqəli hallar da var. Belə insanlar haqda bəzən biz "Ağrımayan başına yaylıq istəmir" - deyərək, mənfi münasibət də bəsləyir, sumağını irad tuturuq. Amma sumaq, hətta cinayətdə ittiham olunanların, müttəhimlərin belə, toxunulmaz haqqıdır.
İki tərəfin qarşılıqlı münasibət və ya bir neçə nəfərin ünsiyyəti hallarında fikir təzadı daha çox yaranır, hər kəsin dünya görüşü, dərrakəsi fərqli olduğundan, fikirlər də bəzən haçalanır. Bu zaman mübahisəyə şərait yaratmaq yox, söylənilən fikri dinləmək, fikrini dinlətməyi bacarmaq önəmlidir! Çığırmaqla, siz haqlı yox, mübahisəçi kimi tanına bilərsiz. Mübahisəni münaqişəyə çevirən tərəf, münaqişəni sürətləndirən "katalizator" olmaq sizə də mənəvi, fiziki zərbə ola bilər! Çünki, bir müddət sonra haqq yerini tapanda ən haqsız - münaqişəni gücləndirən tərəf olur!
Adətən bir neçə insanın hansısa fikir mübadiləsi zamanı, mübahisə yaransa belə, sakitləşdirici mövqe seçmək, bu mübahisəni münaqişəyə çevrilməmək üçün, səbrli olmaq, sakitcə söhbəti dəyişməyə cəhd etmək, daha effektivdir. Ən azından siz "Araçı arada gedər" misalından ibrət almalı, müalyim mübahisə mühitinin münaqişəyə çevrilməsinə əngəl olmağa çalışmalısız, bu zaman özünüzün də münaqişə "qurbanı" olmamanıza diqqət etməlisiniz.
3. "İki tərəfin münasibəti necə münaqişəyə çevrilir?" Yəqin bu suala cavab verməzdən öncə, həyatınızda rastlaşdığınız münaqişələri xatırladınız? Amma elə münaqişələr var ki, üstündən illər belə keçsə, səbəbi çox müəmmalı qalır.
İlk olaraq səbəbləri araşdırmağa çalışaq, şərt deyil ki, məhz sizin iştirak etdiyiniz münaqişə olsun, sadalananlar ümumi hallardır.
"Biri od olsa, digəri su olsun gərək", "Birinizin sözü o birinizin boğazından keçmir?!" və .s kimi deyimlər, adətən iki nəfərin münasibətinin mübahisəyə, daha sonra münaqişəyə çevrildiyi hallar üçün daha məntiqlidir. Sadə bir söhbət, ağıllı mübahisə-münaqişəyə çevrilir, etik qaydalar belə yaddan çıxır. Bu üç tip mübahisəyə ayrı-ayılıqda yanaşma, daha aktual olardı.
İki eyni cinsin münaqişəsi
Kişilərin münaqişəyə səbəb olan mübahisələri adətən daha fəsadla nəticələnir. "Savaş, dava" halını alan münaqişələr bəzən ölüm hallarına belə gətirib çıxarır. Məhz bu cəhətdən, qadınların olduğu münaqişədən fərqli, daha təhlükəlidir! Kişilər söz, ağıl mübahisəsini, qol güçü, silah münaqişəsinə qədər gətirib çıxarmalarına səbəb, adətən təhqir, söyüş, alçaldıcı ifadələrə yol vermələridir. Bir çox hallarda isə spirtli içkili olan tərəfin olması bu münqaişəni fəsadlı dərəcəyə çatdırır. İlk olaraq içklil biri ilə mübahisə etmək - ağılsızlıqdır. Əgər iki tərəf də içkilidirsə, artıq "mübahisə" başladığı andan, nəticənin ağır olacağı daha realdır.
İki kişinin mübahisəsi zamanı münaqişəyə yol açmamaq üçün ilk olaraq təhqir və alçaldıcı hərəkətlər, əl-qol hərəkətləri, yüksək ton - yol verilməzdir. Əlbəttə, buna yalnız "ayıq başla" mübahisə edənlər əməl edə bilər. Silah, hətta xəsarət törətmədiyi halda belə cinayət faktorudur. Silah gücünə həll ediləcək mübahisələr, kriminal aləmdə daha çox rast gəlinir. Amma bu aləmdə də "ağsaqqal" sözü, "kəsərli söz" amili mövcuddur. Kriminal aləmin də öz "yazılmamış qanunları" var. Hər silah işlədən, haqlı olmur! Amma məsəl var "günah öləndədir"...
Qadınların münaqişəyə səbəb olan mübahisələri - adətən "saçyoldu", söyüşlərlə sonlanan, nadir hallarda ölümlə nəticələnən münaqişələrdir. Qadınların mübahisəni bu həddə çatdırması adətən tərəflərdən birinin, ya da hər iki tərəfin əxlaqı dəyərlərinin aşağı olmasından irəli gəlir. Tez-tez mübahisə etsələr belə, qadınlar bir-biri ilə daha tez "dil tapır", küssələr belə barışıq üçün "ayaq yeri" qoyurlar. Bu da qadınların daha humanist olmasından xəbər verir. Amma qadınların mübahisədə kişilərdən fərqli, mənfi cəhəti - eyni anda fikir söyləmələri, "ağız deyənin qulaq eşitməməsi", adi mübahisə zamanı belə, bildiklərini yox, eşittdiklərini əsas götürmələri, başqasının fikrini dinləməyə səbirsiz olmalarıdır. Bu isə qadınların beyin quruluşunun inkişafı ilə əlaqədardır, onlar eyni anda "həm fikir yürüdə, həm də qulaq asa" bilirlər. Kişilər bu barədə ya dinləmək ya da danışmağa üstünlük verir, onlarda beyinə informasiya "sanki bir arxla, ya gedir, ya da gəlir". Həm də kişilər dedikləri sözün cavabını, effektini gözləməyə daha meyillidirlər. Qadınlar isə daha çox mübahisədə "mən deyəndir, vəssalam" prinsipi ilə çıxış etməyə meyillidirlər. Əlbəttə, etik, dini, elmi savadı, tərbiyəsi olan insan istər qadın, istər kişi - mübahisəni münaqişəyə çevirməz, real faktlar əsasında fikir mübadiləsi edərlər.
Kişi və qadın münasibətlərinin mübahisəyə çevrilməsi - bu ən acınacaqlı münaqişə tipidir. Kişinin qadınla mübahisəsi, təəssüf ki, bəzən sonluqda münaqişəyə çevrilir. Çox hallarda qadınlar fiziki xəsarət alır. Bəzən kişilərin də qadın tərəfindən münaqişədə xəsarət alma faktı mövcuddur. Bu, qadının özünümüdafiə fəndləri bildiyi xüsusi hallardır. Hər iki halda hər iki tərəf psixoloji, mənəvi zədələnir. Kişilər bunu büruzə verməsə belə qadınla münaqişə edən kişi ilk olaraq özünü alçaldılmış hiss edir. Qadına əl qaldıracaq hədd - istər qadının günahından, stər kişinin kobud və qabalığından olsun, yol verilməz, acınacaqlı faktdır. Ailədaxili münaqişələrdən savayı başqa bir qadınla münaqişə edən, ona əl belə qaldıran kişiyə başqa kişilər haqq qazandırmazlar (həttda özləri də belə bir yaramaz iş ediblərsə də.) Çünki, əvvəla "dava" heyvana yaraşar, ikincisi isə kişi qadına (mümkün qədər) əl qaldırmaz...
Mümkün qədər bu fikir ətrafında mübahisə ola bilər. Amma etiraf edək ki, ailə daxilində bəzən ictimaiyyətdə özünü "döydürmək istəyən", "kişi tərəfindən vurulacaq, döyüləcək" həddə çatdıran qadınlar da var. Bəzən qadın heç ictimai yerdə belə olduğuna fikir vermədən elə alçaldıcı hərəkət edir ki, kişi "özünü müdafiə" etməli, qadına "güc tətbiq etməli" olur. Söyüşlərlə, həyasıscasına təqib edən, "xoruz kimi" kişinin az qala "üstünə tullanan" qadını, bəzən yalnız bir "tərs sillə" susdurur, durdurur, ayıldır... Allah belə hallardan hamımızı hifz eləsin, hamımıza səbr versin!
Bu hallar çox acınacaqlı olsa da, hələ də mövcuddur. Bir qadın ya kişi, əks cinslə mübahisədə çox diqqətli olmalıdır. Bunu davamı daha şiddətli bir münaqişəyə çevrilə bilər. Kişinin hər bir sözü sabah onu öz cinsindən olan biri ilə qarşı-qarşıya qoya bilər! Bu zaman "əzilən", "təhqir olunana" qadının hamiləri çox aqqresiv ola bilərlər. Bəzəm kimin - qadının ya kişinin haqlı olduğunu heç araşdıran da olmaz. Qanlı münaqişə hər iki tərəf üçün acınacaqlı nəticə verə bilər!
Bir neçə nəfərlik mübahisə - münaqişəyə çevrilən hallar. Bu zaman fəsadlar daha çox ola bilir. İki nəfərin münaqişəsinə nisbətən, burda sakitlik yaratmaq, mübahisəni sakitləşdirmək, münaqişəyə yol verməmək, yarandıqdan sonra isə dayandırmaq daha çətin olur. Adətən belə münaqişələrdən uzaq qaçmaq, gərək osa polisə belə müraciət etmək daha ağlabatandır. Tu tip münasibətlərdə də "ağız deyəni, qulaq eşitmirsə", demək münaqişə gözlənilir. İstər tərbiyəvi, etik nöqtədən, istər dini mövqedən - bu mübahisələrdə ədaləti bərpa etmək tək adamın işi deyil.Sizin öz şəxsinizə, nüfuzunua belə xələl toxuna bilər. "Dinlənmədiyin yerdə (cahillərin arasında), kitab kimi susumaq lazımdır"!
Etikadanın pozulması səbəbindən münaqişələr - nədənsə məhz bizim tez-tez şahidi olduğumuz bu münaqişələr ilk olaraq bir tərəfin bir başa və ya dolayı yolla qarşı tərəfə hörmətsizlik, etikadan kənar, ləyaqətsiz davranışlarında təzahür edir.
Məsələn: Yolla gedən xanıma (xanımlara) qarşı yerli-yersiz söz atma, fit və ya başqa formada qeyri etik davranan, hətta çiyin belə atmaqdan çəkinməyən, bəzən isə daha kobud, nalayiq tərzdə "ünsiyyət qurmağa" səy edən, daha doğrusu qarşı tərfə sataşanlar da var. Bunun əks cins nümayədəsinin kişilərə qarşı fərqli tərzdə təzahürü də rast gəlinir - gənc oğlana söz atmaqdan, "göz atmaqdan", hətta saçlarını onun "gözünü yaşardacaq tərzdə havalandıran", ayağını tapdayan xanımlara da rast gəlinir. Düzdür, adətən münaqişə kişi tərəfindən qadına qarşı qeyri-etik davranışdan yaranır. Amma hərdən qadının da qeyri-etik davranışı münaqişəyə səbəb ola bilir.
Qadınalrın etik olmayan daha fərqli "mənəvi təzyiq" forması da avropasayağı geyimlər çoxaldıqdan sonra çox "populyarlaşıb". Belə ki, ictimai yerdə, sanki nəyisə yerə salıbmış kimi özünü "sığortalyan", sonra hədsiz açıq paltarla, öz abrına belə hörmət qoymadan, qeyri-adi tərzdə əyilən, bu zaman öz bədəninin (şəhvətamiz) intim yerlərini "gözə soxan"lara da rast gəlinir... Hədsiz açıq-saçıq geyinən xanımların bəziləri isə ictimai yerlərdə, marşrutlarda sanki "əyləncə axtarımış kimi" çox anormal hərəkətlərə belə əl atırlar...
Kişilərin münaqişəyə səbəb olan qeyri etik davranışı, bir xanıma qarşı nalayiq hərəkətlərinə bəzən bəraəti də qadının hədsiz "çılpaqlığı" olur...
Amma təssüf ki, normal geyimli, bəzən isə hətta hicablı bir xanıma qarşı qaba davranan ləyaqətsizlərə rast gəlinir. Bunun sonu isə hətta sonda ağır yaralanma, savaş və ya ölüm kimi cinayət faktlarına yol açır. Xanımların ismətinə nəinki doğmaları, bəzən heç tanımayan kəslər belə hamilik edir, ləyaqətsiz davranan şəxsə qarşı sərt reaksiya verirlər. Sonda isə bu namuslu, qeyrətli bir kişinin, ləyaqətsiz biri ucbatından cinayət törətməsi, cinayətkar olması ilə nəticələnir. Amma hədsiz açıq-saçıq geyinən xanımın ləyaqəti, alçaldılmış mənliyini qoruyan yəqin ki, az tapılar. Ya da öz qohumu olar. Hətta xanım heç bir "intriqa yaradıcı" hərəkət etməsə belə hədsiz açıq-saçıq geyinən xanımı qoruyanın eşitdiyi ilk ağır ittiham isə "bacarırsan, belə ləyaqətlisən, xanımını abırlı geyindir, açıq-saçıq geyinən birinin ismətini qoruyursan?"
Baxın, açıq-saçıq geyim geyən xanımlar, sizi sevən, qeyrətli kişiləri sizin sadə, avropasayağı saydığınız geyim necə alçalda, cinayətkar olmağa vadar edə bilər!
Hər bir münaqişə müəyyən səbəbdən, ünsiyyətin düzgün qurulmamasından yaranır. Bu tip münaqişələr isə tərəflərdən birinin (və ya hər iki tərəfin) tərbiyə və etik normaları pozmasından, ya da xanımın ifrat dərəcədə açıq geyimindən yaranır.