İnsanın bu yalan dünyada yaşamasını təmin edən, varlığını bir az da mənalı edən dostlarıdır.
Lüğətində dosta və dostluğa dair sözlər olmayan bir dil nə qədər soyuq, o lüğət sahibi birliyi nə qədər bədbəxt bir birlikdir. Dostu və dostluğu yaradan Allaha həmd olsun, başda Peyğəmbərlər olmaq üzrə cümlə dostlara, Allah dostlarına salam olsun... Dost qardaşın qardaşıdır desək, yalan danışmarıq. Yer üzündə dost olaraq gördüyümüz kəslər yerinə görə qardaşdan daha yaxşıdır. "Allah cümlə insanları yaxşılarla qarşılaşdırsın" duasını edək və deyək ki, kimlə birlikdə olduğunuz şəxsiyyətinizi də əks etdirir. Sizin kim olduğunuz kimlərlə oturub-durduğunuzdan, sirrinizi kimlərlə paylaşdığınızdan asılıdır. Kimsədən dost olmayacağını söyləmək nə qədər əbəs isə hər önünə gələnə dost gözüylə baxmaq da o qədər savabdır. Dost vardır çıxılmaz yoxuşları, keçilməz uçurumları sizə hiss etdirmədən yol edər. Elə dost deyə bildiyiniz vardır ki, düz yolda ayağınızın büdrəməsinə yol açmaqla qalmaz, onu da kürəyinizdə daşımaq məcburiyyətində qalarsınız. Onun üçün də Şərqin böyük müdriki Sədi "Dost dostuna yolunun üzərindəki tikanları göstərən adamdır" sözünü boşuna deməyib.
Dostun sözünün acılığından şikayət etməyin, eşitdiyiniz acı və ya acılıq dostsuz qalanda üzüüstə düşəcəyiniz həyatın sizə təqdim etdiyi zəhər dolu qədəhdən daha acı olmayacaq. Eybi yox, olsun, dost acı söyləsin. O acı yalançı dostun dünyanı çəhrayı rəngdə göstərən aynasından daha bərəkətlidir. Dost - bərəkət deməkdir. İnsanoğlunun təkamülündə, ruhunda daşıdığı qabiliyyətlərin inkişafında ən böyük təsiri ona dostları etmişdir. Bu gün dünyanı ətrafında müdrikliyi ilə pərvanə edən Mövlana ustadımızın dərinliyinin səbəbkarı Təbrizli Şəmsdən başqası deyil. Həzrəti Peyğəmbərin (s.a.s) yol yoldaşları, əvvəl qohumlarından çox dostlarıdır.
Dostla paylaşılan hər şey "Yer üzündə, xalq içində üzdəki Mən sayı" qədər azdır. İnsan dostlarıyla da hansı cığırda dostluq edəcəyini yaxşı bilməlidir. Dostdan dosta fərq vardır. "Bundan da dost olarmı" deyə kimsəni kiçik hesab etməyin. Hər kəsin məlumatına, təminatına, xislətinə görə dostları vardır. Sizin dostluqda dəyər görmədiyiniz biri başqa birinin dostu ola bilər." Nadanlar edər söhbət-i nadanla telezzüz, divanəyə həmdəmi divanə lazımdır" Ziya paşa bildirmişdi. Allah bilir ki, doğru söyləmişdir.
"Bir dost tapa bilmədim, gün axşam oldu" deyən Qul Himmətin qışqırığı, nəhayət, insanın əzəli təkliyinə dəlalət edir və insan həyatında əks olunur. Yoxsa bunu deyən şairin də kifayət qədər dahi dostu olduğundan kimsənin şübhəsi olmamalıdır.
Bir insana "dostum" deyə xitab etmək, ona "qardaş" deyə səslənməkdən daha gözəldir. Qardaşlıq seçilməyən bir şeydir, Yer üzündə heç kəs qardaşını seçmə kimi bir ixtiyara malik deyil. Amma dost seçiləndir.
"Bir dost tapa bilmədim, gün axşam oldu" deyən Qul Himmətin qışqırığı, nəhayət, insanın əzəli təkliyinə dəlalət edir və insan həyatında əks olunur. Yoxsa bunu deyən şairin də kifayət qədər dahi dostu olduğundan kimsənin şübhəsi olmamalıdır.
Bir insana "dostum" deyə xitab etmək, ona "qardaş" deyə səslənməkdən daha gözəldir. Qardaşlıq seçilməyən bir şeydir, Yer üzündə heç kəs qardaşını seçmə kimi bir ixtiyara malik deyil. Amma dost seçiləndir.