Gənc qadın uşağın gözəlliyi qarşısında sanki sehrlənmişdi. Qıvrım sarı saçları, iri mavi gözləri, dik burnu, kiçik qırmızı dodaqları ilə körpə sanki rəsm əsəri idi. Qadının bu günə qədər gördüyü ən gözəl, ən ürəyə yatan uşaq idi. Onun ipək yanaqlarında öpmək və Cənnətin qoxusunu içinə çəkmək üçün əyilmişdi ki:
- Toxunma mənə!...deyə bir səs eşitdi. "Məni öpməyə sənin haqqın çatmır".
Qadın qorxudan dikəlib ətrafına baxdı. Körpə ilə ikisindən başqa içəridə heç kim yox idi. Eyni səsi təkrar eşitdiyi zaman çönüb körpəyə baxdı. Aman Allah!.. Yeni doğulmuş kimi görünsədə danışan o idi.
Körpə:
- İstəmirəm, mənə yaxınlaşma - dedi: Bu saat get yanımdan!
Qadın bir az özünə gələrək:
- Bütün övladlarım oğlandır. Oğlan uşağı da gözəldir, ancaq qız uşağının yeri başqadır. Buna görə səni öpmək istədim.
- Məni öpə bilməzsən..deyə körpə ağlamağa başladı: - Mən səni öpmək istəmədiyim kimi..
- Niyə? - deyə soruşdu qadın: Niyə öpmək istəmirsən ki?
Körpə hıçqırıqlardan boğularaq:
- Bunun səbəbini özün bilməlisən. Yaxşı fikirləş, mütləq tapacaqsan - dedi.
Qadın nə baş verdiyini xatırlamaq üçün özünü bir az topladı. Özəl bir xəstəxananın lüks palatasında yatır, mədəsi narkozun təsirindən bulanırdı. Ailə dostları olan həkim, otağı doldurmuş güllərdən birini güldandan çıxararaq qadına uzadıb:
- Keçmiş olsun, xanım - dedi: Çox uğurlu bir abort oldu. Hə... Unutmamış deyim, götürdüyünüz uşaq "qız" idi..