Qadin.NET / İbrətamiz dərslər

İbrətamiz dərslər

 İbrətamiz dərslər

Qazi univeristeti, jurnalistika fakültəsinin ll qrup tələbələri Türkiyə iqtisadiyyatı fənninin müəllimini gözləyirlər. Otaq tələbələrin gurultusundan az qalırdı ki, dağılsın.

Sərt görünüşlü müəllim qapıda görünür. Sinifə hirslə nəzər salıb yerinə keçir. Lövhəni göstərərək deyir:

-Baxın. Bu şəxsiyyətdir, həyatda sahib olacağınız ən vacib şey - deyib,lövhəyə böyük 1 rəqəmini yazır. Sonra birin yanına sıfır yazır:

- Bu bacarıqdır. Bacarıqlı bir şəxsiyyət 1-i 10 edər.

Bir 0 yenə əlavə edir.

- Bu təcrübədir, 10 ikən 100 olarsınız. 10,100,1000...

 Və beləliklə sıfırlar uzandıqca uzanır.

Qabiliyyət...Ciddiyyət...Sevgi...

Müəllim əlavə olunan hər 0-ın şəxsiyyəti daha da zənginləşdirdiyini söyləyir.

Sonra əlinə silgini götürüb ən başda yazılan 1-i silir. Lövhədə ancaq sıfırlar qalır..

Və müəllim bayaqdan söylədiklərinin izahına sanki nöqtə qoyur:

-Şəxsiyyətiniz yoxdursa, digərləri sıfırdır! 

İbrətamiz dərslər

Əflatun

Dərin elmə malik olan alim Əflatun həm də dövrünün ən güclü müəllimlərindən olmuşdur. Və öz tələbələrinə sadəcə elm öyrətməklə kifayətlənməyib, həm də onların insan kimi formalaşması üçün də ürəkdən çalışmışdı. Budur, buna aid bir nümunə.

Bir gün Əflatun tələbələrindən birini qumar oynayarkən tutmuş və onu cox möhkəm tənbeh etmişdi.  

Tələbəsi:

- Axı mən bunu elə-belə, çox az miqdarda pulun qarşılığında oynayıram - deyərək etirazını bildirir.

Əflatun:

-Mən səni uduzaraq itirdiyin pul üçün yox, itirdiyin boş vaxtına görə danladım - deyə cavab vermişdi.

 

İbrətamiz dərslər

 

Sirr saxlamağı bilmək

Bir padşah bir çox başqa şahların da etdiyi kimi səfərə getdiyi yerləri gizli saxlayırmış. Bir dəfə səfər hazırlığı zamanı vəzirlərindən biri israrla səfərə gediləcək ölkənin hara olduğunu soruşduqda padşah ona:

- Sən sirr saxlamağı bacarırsan? - deyə sual verir.

Vəzir:

- Əlbəttə, şahım - deyə cavab verir. Bu zaman padşahın cavabı gecikmir:

- Mən də bilirəm.

5 sentyabr 2013
GO BACK