Qadin.NET / Nigah müqaviləsi

Nigah müqaviləsi

Nigah müqaviləsi
Son illərdə belə bir söz esitməyə başlamışıq "nigah müqaviləsi".
Müqavilənin mahiyyəti ondan ibarətdir ki, evlənmədən əvvəl bu müqaviləyə tərəflərin razılığı əsasında maddələr əlavə olunur və imzalanır,əgər boşanma olsa bu müqavilədəkilərdən başqa heç kim-heç kimdən əlavə bir şey tələb etməyəcək.
Bu qanunu Azərbaycan ailə qanunvericiliyinə də əlavə etmək nəzərdə tutulub.
Bizim mentalitetdə bu müqavilə xoş qarşılanmaz.Ailə qurmamışdan boşanmaq haqqında fikirləşmək nə dərəcədə doğrudur? 
Hərçənd ki,Azərbaycanda da son illərdə boşanma sayı surətlə artır,amma yenə də ailə quranda heç kim boşanmaq haqqına fikirləşmir.
Avropa ölkələrində ailə qururlar,bir müddətdən sonra boşanırlar ki,sevgi azalıb,mənə diqqət etmir və s.Adi problemlərə görə boşandıqları üçün onlarda bu müqavilə mühümləşib.
Nigah müqaviləsi



Bəs siz necə düşünürsünüz, nigah müqaviləsi bağlamaq lazımdır?
Siz bunu etmisiniz?
15 noyabr 2010
GO BACK