Qadin.NET / İmzalı həyat

İmzalı həyat

 

İmzalı həyat

Eh... Həyat... Bizi güldürən həyat, ağladan həyat, öldürən həyat, yaşadan həyat, sevincli-kədərli həyat, qovuşduran həyat, ayıran həyat... Nələr çəkir insanlar, nələr, övlad üçün gözü yolda qalan analar, pulsuzluqdan xəstə olan körpələr... Atılmış qocalar, pula möhtac olan cavanlar, valideyn nəfəsinə həsrət qalan uşaqlar... Acılarla dolu həyat...

İmzalı həyat

Bir o körpəyə baxın, necə insanlara həsrətlə baxır, sanki nə isə istəyir yaşamağı üçün, insanlardan imdad diləyir, amma nə faydası... Lüks arabalar, ciblərdə kartlar, o barlar, bu barlar, yeyilib-içilən restoranlar, oynanılan qumarlar, yalnız özlərindən başqa heç kimə xeyri dəyməyən bu insanlar... Eh həyat, çox böyük fərqlər var, ağlar gözlərlə gülən üzlər arasında...

Həyat, xoşbəxtliyin həsrətində olan qadından, işıqlı dünyanın zülmətində qalan qadından, övlad üçün çalışan, susan, bir quru çörəklə şiddətə dözən qadından, gözünün kədəri ürəyinə süzərək xəstə olan qadından xəbərin varımı? Bu dünyada olanlardan, doğrulardan-yalanlardan xəbərin varmı? Bir o anaya baxın, necə ağlayır, nədir onu ağlamağa vadar edən? Övladının yaşamasına ümid bağlayan ana, öz dərdini başqalarıyla dağlayan ana, üzmür əlini Allahından, üzmür Tanrının mərhəmətindən. Göz önündən keçir xarici maşınlar, içində süslü geyinmiş xanımlar, rüşvətlə qazanılan haram pullar, gülüşlər, qəhqəhələr, edilən lağlar, altdan yuxarı baxışlar, gedilən səfərlər, Londonlar, Parislər, ABŞ-lar... Eh həyat, hamının sonudur, qara baş daşları, bunu dərk eləmir boş başları...

Çoxu mələk donunda olan şeytanlardır, həyatı məhv edən elə insanlardı. Bu həyatda yaxşının dəyəri yox, pisin hörməti çox.  Nə edək?Hörmətimiz olsun deyə cibimizdə dollar gərək? Salamı pulla alaq, yaddaşlarda dırnaq arası yaxşı qalaq, gərək onda hamımız əclaf olaq... Həyatda doludur murdar insanlar, yaxşıları görməyən pislərə yaxşı deyən yamanlar, atılan böhtanları, şərləri, edilən günahları, deyilən yalanları, alınan rüşvətləri dananlar. Bunlar hamısı həyatın həqiqətləri, gerçəkləri, əlbəttə çox şey var yazılası, yazdıqlarım həyatın danılmaz İmzası!

İmzalı həyat

Ey insanlar, fikir verin siz həyata,
Bir şey edin, qoyun gedin iz həyata,

Ləyaqətlə çatın hədəfə
Çünki yaşayırıq həyatda bir dəfə...

Fikirlərimi mənalı bir şeirlə tamamlamaq istəyirəm:

Qəlbindəki sevgini yağış yuyub apardı,
Sevərkən məni səndən, səni məndən qopardı.
Biz sənlə gizlənərdik, sevgi bizi tapardı,
İndi axtarıram mən, nə sevgi var, nə də sən.

Nə tez payız gəldi ki, heç yaya doymamışkən,
Əhvalım hava kimi hər an olub dəyişkən.
Nə tez ayrıldın məndən sevgimdən doymamış sən
İndi axtarırıram mən, nə sevgi var, nə də sən.

 

Ağladınmı gecələr hər kəsdən gizli-gizli,
Sanırdım xoşbəxt idik ikimiz, sizli-bizli..
Ürəyimdə yaralar səndən qalan tək izdi
İndi axtarırıram mən, nə sevgi var, nə də sən.

Qəlbimin sevincini əsdi, dağıtdı külək,
Sevgini daşıyırdı, ağlayırdı kəpənək,
Mən səninçün qəhrəman, sən mənimçün bir mələk,
İndi axtarırıram mən, nə sevgi var, nə də sən.

İmzalı həyat

Duyğularımdan sənə hədiyyə bağlamışdım,
Verdiyin məhəbbəti qəlbimdə saxlamışdım,
Sən gedərkən bilirsən nə qədər ağlamışdım,
İndi axtarıram mən nə sevgi var, nə də sən.

Indi tək oturmuşam düşünürəm tək  səni,
Itirmək çox çətindir dəhşət sevərək səni,
Bilmirəm, mən bilmirəm unutmur ürək səni,
İndi axtarırıram mən, nə sevgi var, nə də sən.

Daha yazmayacağam söz verirəm özümə,
Üsyan edirlər daha göz yaşlarım gözümə,
Xoşbəxtsənsə nə yaxşı, fikir vermə sözümə,
İndi axtarmaram mən nə sevgini, nə səni...

21 iyul 2013
GO BACK