Qadin.NET / Özünüzü kəşf edin

Özünüzü kəşf edin

Özünü  tanımayan insanlar öz həbsxanalarını inşa edən məhkumlar kimidir.Başqalarının  nailiyyətlərini alqışlayaraq qibtə ilə baxarkən sahib olduğun böyük potensialdan bixəbər olma.Zənginlik daxildə gizli ikən,özünü heçliyin dəryasına qərq etmə.nədənsə çox vaxt maska taxırmış kimi hərəkət edirsiniz.Sevincli imiş kimi zəngin imiş kimi sakit imiş kimi görünməyə çalışırsınız və olmadığınız birini canlandırırsınız.Özünüzümü aldadırsınız ya başqalarınımı? Ən təbii halımızla özümüz olmağa çalışmalıyıq.Ancaq özünə güvənsiz insanlar gizlənmək üçün ətraflarına hasar cəkər.Yox əgər özünüzü həqiqətən sevirsinizsə.başqları sizin haqqda nə düşünürsə düşünsün,siz öz fikirlərinizi reallaşdırın.Varlıgınız cəsarətinizə bağlıdır.Cəsarətiniz varsa,hər kəs sizin varlıgınızı hiss edər.Cəsarətiniz yoxsa,iç dünyanıza məhkum olacaqsınız.Zəfərin ilk şərti cəsarətdir.Ən pis halda qələbəyə bərabər məğlubiyyətdir.Çünki cəhdiniz fiasko ilə nəticələnsə də,özünüzə inam və güvəniniz itməyəcəkdir.Bundan əmin olun. Axmayan su necə iylənərsə,tənbəl insanların da həyatlarının puç olması mütləqdir.

Özünüzü kəşf edin

Tommi məktəb vaxtı çox pis oxuyardı.Davamlı olaraq sual soruşar,lakin dərsin məğzini anlamaqda çətinlik çəkərdi.Bir gün müəllim Tomminin valideynlərinə şikayət etmiş və onun heç nəyə qadir olmadığını anlatmışdır.Evə döndüklərində Tomminin anası oğlunu yanına çağırmış və əsla həvəsdən düşməməyi anlatmışdır.Beləcə Tomminin hər ugursuzluğunun qarşısında anasının cəsarətləndirici xarakter daşıyan nəsihətləri onu daim irəli addımlamağa sövq etmişdir.Sizcə aldığı cəsarət Tommiyə nəyi bəxş etdi?O bir ixtiraçı oldu.O qədər ixtiraya imza atdı ki ,hətta onu Menlo parkının sehrbazı adlandırdılar.Bügünki gündə evimizdə yanan lampaya  görə Tomas Alva Edissona borcluyuq,yəni Tommiyə.Haqqında  heç nəyə qadir olmayacağı deyilən şəxsə.Tomas elmi kəşf edərkən,siz ilk öncə özünüzü kəşf edin.Ya sizin bir kəşfiniz yoxmu?bəlkə kəşf etməyi düşünməmisiniz?Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbərrsizsiniz? Ya bu qədər kəşflər olarkən siz sadəcə tamaşaçı olaraqmı qalacaqsınız?.......Özünüzü ələ alın.Daxilinizə daha diqqətlə nəzər salın.Iç dünyanızda yatan  SİZİN nəyə qadir olduğunuzu araşdırın.Qazanmaq üçün itirməyi,gəzmək üçün yıxılmağı göz önünə alın...

13 noyabr 2010
GO BACK