Bir gün bir tanışı filosof Sokrata rast gəlir və deyir:
-Dostumla bağlı nə eşitdiyimi bilirsənmi?
-Bir dəqiqə gözlə! Mənə bir şey söyləməzdən əvvəl sənin kiçik bir testdən keçməyini istəyirəm. Buna 3 süzgəc testi deyilir.
-Üç süzgəc testi?
- Doğrudur... Mənimlə dostun haqqında söhbətə başlamazdan əvvəl bir az dayanıb nə deyəcəyini süzgəcdən keçirmək yaxşı bir fikirdir.
- Birinci süzgəc doğruluq süzgəcidir.Mənə bir azdan söyləyəcəyin şeyin tamamən doğru olduğundan əminsənmi?
-Xeyr! Əslində bunu sadəcə eşitdim və...
-Oldu... Beləliklə, sən bunun həqiqətən doğru olub-olmadığını bilmirsən. İndi isə ikinci süzgəci yoxlayaq - yaxşılıq süzgəcini...
-Dostum haqqında mənə demək istədiyin şey yaxşı bir xəbərdir?
-Xeyr, tam əksinə...
-Beləliklə, onun haqqında mənə pis bir xəbər demək istəyirsən və bunun da doğru olduğundan əmin deyilsən. Amma yenə də testdən keçə bilərsən. Çünki, son bir süzgəc qalıb, işə yarayan süzgəc.
-Mənə dostum haqqında söyləyəcəyin xəbər mənim işimə yarayacaqmı?
-Xeyr, heç yaramayacaq!
-Yaxşı...Əgər mənə deyəcəyin xəbər doğru deyilsə, yaxşı deyilsə və işə yararlı, faydalı deyilsə mənə niyə deyirsən?
Bu, filosof Sokratın yaxşı bir filosof olmasının, böyük etibar və hörmət görən insan olmasının göstəricisi idi.
Biz insalar gərək hər hansısa bir sözü deməmişdən qabaq fikirləşək və o sözün nələrə səbəb olacağını düşünək. Çox insanlar sözü deyir, lakin o sözün nələrə səbəb olacağını düşünmürlər. Çox yersiz danışan insanlar hədsiz dərəcədə çoxdur. Başqasının pis gününə sevinən, hələ kiminsə ayağının altını qazan insanlardan danışmıram. Gəlin belə pis vərdişlərdən uzaq olaq, dostlar! Heç vaxt bu pis vərdişlə öyünməyək! Allah bizi öz nəfsimizdən qorusun! Çünkü nəfs bir çox pisliklərin açarıdır.
Əziz Qadın. Netlilər? hər hansı bir dostunuz haqqqında boş-boş söhbətlər eşitdiyiniz zaman bu testdən istifadə etməyi unutmayın! Bəlkə bu zaman dostunuz azca da olsa etdiyi hərəkətin yanlış olduğunu düşünüb öz səhvini başa düşər və bunu bir daha təkrarlamaz.