Qadin.NET / Boşanma sayı nədən artır?

Boşanma sayı nədən artır?

Boşanma sayı nədən artır?


Biz əvvəllər kənddə yaşayırdıq .Bizim kənddə 2 ya 3 boşanmış qadın var idi .Onlar da uşağı olmamaqdan boşanmışdılar . Hətta elələri var idiki uşağı olmurdu, ərinin günü gətirməsinə razı olurdu .Təzədən bu yaşımda kimə yük olum deyirdi.Yada ərini çox sevirdi ,onsuz yaşaya bilmərəm deyirdi. Amma indi boşanma elə adiləşib ki .Elə bil paltardı alıblar indi xoşları gəlmir qaytarırlar.Bu yaxınlarda bir mənasız boşanma eşitdim, şoka düşdüm.1 aydı evləniblər .Toyun səsi hələ qulaqlarından getməyib .Qızın anası bir səhər gəlib kürəkənə deyib ki, ,bəs filan yerdə 700 manata paltar var .Gərək alasan mənim qizim geyinə .Oğlan deyir:-O hələ toyda aldıqlarını geyinsin sonra baxarıq .Ana iki ayağını bir başmağa dirəyirki almalısan vəssalam.Oğlan deyir hələ imkanım yoxdu nə vaxt olar alaram .Belə deyəndə qaynana çıxarıb 1000 manatı qoyur stolun üstünə ki,mənim qızım bu gün o paltarı geyinməlidi. Oğlan deyir olmaz və ana qızını götürüb gəlir evlərinə .Və boşanırlar .İndi mən nə qədər fikirləşirəm kimdi günahkar tapa bilmirəm mənə kömək edin bəlkə siz bilərsiz.

Anadır,qızdır ya kürəkən?

6 noyabr 2010
GO BACK