Qadin.NET / Bir ailə faciəsi

Bir ailə faciəsi


Bir ailə faciəsi

Ailədə 2 uşaq idilər. Rüfət evin böyük övladı idi. Ali məktəbi qurtardıqdan sonra dövlət işinə düzəldi. Bir neçə vaxtdan sonra valideynlərinə bir qızı sevdiyini söylədi. Valideynləri qızı görüb bəyənmədilər. Onlar Rüfəti öz tanıdıqları bir qızla evləndirmək istəyirdilər. Amma Rüfət valideynlərini eşitmədi. Uzun-uzadı söz söhbətlərdən sonra razılığa gəlib, elçilik edib qızı aldılar. Bəli, o gün gəldi. Toy hazırlıqları başladı. Toyun tarixi də təyin olundu. Söz-söhbətlər artıq başlamışdı. Gəlin heç nə bəyənmir, tələblər qoyur. Artıq əsl üzünü göstərməyə başlamışdı. Toy günü yetişdi. Çox gözəl bir toy idi. Rüfətə bəylik kürsüsü çox yaraşırdı. Amma gəlin bəyə heç yaraşmırdı. Bu toy bir müddət dillərdə dastan oldu. Bir ildən sonra onların Röya adında gözəl, göyçək bir qızı dünyaya gəldi. Sonra Rüfəti işi ilə əlaqədar başqa bir ölkəyə göndərdilər. Belə qərara gəldi ki, ailəsini də aparsın. Axı Rüfət o ölkəyə 4 illik gedirdi.

4 ildən sonra Rüfət vətənə tək döndü. Soruşanlara "Ailəm bir-iki aya gələcək" söylədi. Amma o bir-iki ay bir-iki il oldu, ailəsi gəlmədi. Yazıq bilmirdi daha nə uydursun. Orda olan müddətdə onların bir qızı da dünyaya gəlmişdi. Sonra məlum oldu ki, yoldaşı orda magistraturaya qəbul olub, hələ oxuyur. Bu səbəbdən gələ bilmir. Neçə il belə keçdi. Yazıq Rüfət balalarını skype vasitəsilə görürdü. Bir gün Rüfəti işdən də azad etdilər. İllərlə əzab-əziyyətlə qazandıqlarını Rüfət yavaş yavaş itirirdi-ailəsini, karyerasını. Özünə qapanmışdı. Evdən çölə çixmaq belə istəmirdi. Tək-tənha qalmışdı.

Bir ailə faciəsi
Rüfət yenə də həmişəki kimi tək idi. 2012-ci ilin fevral ayının 7-si idi. Atası Rüfətin əl telefonuna dayanmadan zəng edirdi. Atasının telefon zənglərinə cavab verməyən Rüfət hamamda qazdan boğulub ölmüşdü. Rüfətin 34 yaşı var idi. ALLAHIN qisməti belə imiş. Onun yoldaşı Rüfətin ölümünü eşidib tək gəldi. Uşaqlarını belə atası ilə vidalaşmağa gətirmədi. Məclisdə yad bir insan kimi iştirak edib çıxıb getdi. Övladlarının bu günə kimi atalarının ölümündən xəbərləri yoxdu. 
Rüfətin bir bacısı da var. Bacı-qardaş bir-birinə cox bağlı idilər. Qardaşının ölüm xəbəri onu çox üzdü. Rüfətin ölümündən bir həftə öncə ana olmuşdu. Çox xoşbəxt idi. Amma bu xoşbəxtliyi cox sürmədi. Oğluna Uğur adı vermişdi. Rüfətin ölümündən sonra Uğurun adını dəyişib Rüfət qoydu. Rüfət qoydu ki, balasında onun adını yaşatsın.
Yoldaşı bu günə kimi nə əlaqə saxladı, nə də ki, zəng elədi. Düşünürəm ki, onların arasında sevgi olmayıb, olsaydı belə olmazdı. Sevdiyi insanın yanında olardı. Sadəcə qız var-dövlət arxasınca gəlib. Məncə böyüklərin sözünü dinləməyən xeyir tapmaz.

Sizinlə bu ailə faciəsini bölüşərək fikirlərinizi öyrənmək istədim. Sizcə günah kimdədir?

Sonda, əzizlərim, hamınıza təməli möhkəm olan ailə arzulayıram. love 

Bir ailə faciəsi
11 may 2013
GO BACK